Şou-biznes

“Avroviziya-2019”un qalibi müəyyənləşib - YENİLƏNİB - VİDEO - FOTO

19 May 2019 03:16
122 Şərh     Baxış: 17 834
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

19.05.2019

03:16

İsrailin paytaxtı Tel-Əvivdə "Avroviziya-2019" mahnı müsabiqəsinin qalibi müəyyən edildi.

Milli.Az oxu.az-a istinadən bildirir ki, builki müsabiqənin birincisi Niderland təmsilçisi Dunkan Lorens (Duncan Laurence)  olub.

O, "Arcade" mahnısını ifa edərək həm münsiflərdən, həm də ki tamaşaçılardan ümumilikdə 492 xal qazanıb.

II yeri 465  xalla İtaliya təmsilçisi Mahmud (Mahmood) tutub, müsabiqənin üçüncüsü isə Rusiya təmsilçisi Sergey Lazarev olub - 369 xal.

Qeyd edək ki, İsraildə keçirilən 64-cü "Avroviziya" mahnı müsabiqəsində 41 ölkənin nümayəndələri iştirak edib. Birinci və ikinci yarımfinalda uğurlu nəticə göstərərək finala vəsiqə qazanan 26 ölkə - Malta, Çexiya, Rusiya, Danimarka, San-Marino, Şimali Makedoniya, İsveç, Sloveniya, Kipr, Hollandiya, Yunanıstan, İsrail, Norveç, Böyük Britaniya, İslandiya, Estoniya, Belarus, Azərbaycan, Fransa, İtaliya, Serbiya, İsveçrə, Avstriya, Almaniya, Albaniya və İspaniya nümayəndələri qələbə uğrunda mübarizə aparıb.

Qeyd edək ki, Azərbaycan təmsilçisi Çingiz Mustafayev finala qədər yüksələrək 20-ci nömrə altında "Truth" (Həqiqət) mahnısı ilə çıxış edib. O, 297 xalla 7-ci yerdə qərarlaşıb.

--------

02:22

Səsvermə bitdi.

----------

01:24

Artıq iştirak edən 26 ölkənin hər birinin təmsilçisi mahnısını təqdim edib.

İfaların ardında səsvermə açıq elan olunub.

----------

01:09

"Dare to Dream" ("Arzulamağa cürət et") şüarı altında Təl-Əvivdə keçirilən "Eurovision 2019" mahnı müsabiqəsində Azərbaycan təmsilçisi Çingiz Mustafayev səhnəyə çıxıb.

Milli.Az musavat.com-a istinadən xəbər verir ki, 20 nömrə altında tamaşaçıların qarşısına çıxan ifaçı səhnədə "Truth" mahnısını canlı ifa edərək şousunu göstərib. Səhnədə quraşdırılan  üçbucaq formal, kənarları işıqlı dekorasiya və arxa fonda verilən mavi dalğa effektləri Çingizin performansını daha da rəngarəng edib. Onun ifası zamanı səhnədə qadın surəti peyda olub. Bundan əlavə, səhnədə iki ədəd robotdan istifadə olunub. Həmin robotlar qollarındakı lazerlərlə müğənninin üzərinə ürək şəkli həkk etdirib.

Xarici ölkə mətbuatı yazır ki, robotların hərəkətlərinin öz anlamı var. Belə ki, onlar sevgi əzabı çəkən ifaçını xilas etməyə çalışır.
Həmçinin, Çingizi 5 bek-vokalçı müşayiət edib. Lakin onlar səhnədə görünməyib. Bek-vokalçıların tamaşaçılara görünməməsini səhnəciyi hazırlayan xareoqraf istəyib. Çingizin performansının müəllifi ukraynalı xareoqraf Konstantin Tomilçenkodur.
Çingiz mahnının sonunda muğam ifa edib. Həmyerlimizin çıxışı  alqışlarla qarşılanıb.

Qeyd edək ki, hazırda bukmeykerlərə görə Çingiz 8-ci yerdədir.

-----------

01:05

Xəbər verdiyimiz kimi, hazırda bütün Avropanın diqqəti İsrailin paytaxtı Tel-Əviv şəhərində keçirilən "Eurovision-2019" beynəlxalq mahnı müsabiqəsindədir.

Milli.Az oxu.az-a istinadən bildirir ki, yarışmada ölkəmizi 20-ci nömrə altında təmsil edən müğənni Çingiz Mustafayev yenidən Ekspo Mərkəzin səhnəsinə çıxaraq möhtəşəm perfomans sərgiləyib.

Çingiz Avropa tamaşaçısına ifası ilə "Həqiqət"i (Truth) çatdırıb. Mustafayevin səhnə dekorasiyasında üçbucaq formalı, kənarlarında işıqlar quraşdırılan, arxa fonda mavi dalğalı effektlərlə qadın silueti nəzərə çarpıb. Həmçinin səhnədə iki ədəd robotdan istifadə olunub. Həmin robotlar qollarındakı lazerlərlə Çingizin ürək nahiyyəsinə ürək şəklini həkk etdiriblər.

Eyni anda sarı rəngdə işıqlarla arxa fonda ürək şəkili canlanıb.

Qeyd edək ki, bir müddət sonra mahnı yarışmasında səsverməyə start veriləcək. Tel-Əviv Ekspo Mərkəzindən 41 ölkəyə canlı bağlantı qurulacaq. Hər bir ölkənin tanınmış siması 1-dən 12-dək digər ölkələrin hesabına səs göndərəcək.

Azərbaycandan veriləcək səsləri İTV-nin canlı efirindən Xalq artisti Faiq Ağayev fransız dilində elan edəcək. Verilən ballar müsabiqə iştirakçılarının aktivinə əlavə ediləcək. Yarışmada Azərbaycan özünə səs verə bilməz. Yalnız xaricdə yaşayan həmvətənlərimiz səsvermə hüququna malikdir.

----------

00:07

İsrailin Təl-Əviv şəhərinin Sərgi Mərkəzində "Eurovision 2019" beynəlxalq mahnı müsabiqəsinin final mərhələsi başlayıb.

Milli.Az xəbər verir ki, "Dare to Dream" ("Arzulamağa cürət et") şüarı altında təşkil olunan builki yarışmada təmsilçimiz Çingiz Mustafayev "Truth" mahnısı ilə birincilik uğrunda mübarizə aparır.

Müsabiqədə ümumilikdə 42 ölkə iştirak edib. Müsabiqənin yarımfinalları mayın 14-də və 16-da başa çatıb.

Müsabiqənin birinci yarımfinalının nəticəsinə görə, 10 ölkənin təmsilçisi finala çıxıb. Beləliklə, Yunanıstan, Belarus, Serbiya, Kipr, Estoniya, Çexiya, Avstraliya, İslandiya, San-Marino və Sloveniya birinci yarımfinaldan qalib ayrılıblar.

İkinci yarımfinalda təmsilçimiz Çingiz Mustafayev "Truth" mahnısı ilə 18-ci nömrə altında səhnəyə çıxıb. Təmsilçimizin ifası uğurlu alınıb və Çingiz Mustafayev finala vəsiqə qazanıb. Çingiz Mustafayevlə yanaşı, Şimali Makedoniya, Niderland, Albaniya, İsveç, Rusiya, Danimarka, Norveç, İsveçrə və Malta təmsilçiləri də finala vəsiqə qazanıblar.

Xatırladaq ki, İsrail festivalın keçirilməsi hüququna 2018-ci il mayın 13-də Lissabonda "Eurovision" müsabiqəsində israilli Netta Barzilayın "Toy" mahnısı ilə qazandığı qələbədən sonra nail olub.

Qeyd edək ki, 2012-ci ildə Azərbaycanın da uğurla ev sahibliyi etdiyi müsabiqə 64-cü dəfədir təşkil edilir.

-----------------

18.05.2019

23:54

İsrailin paytaxtı Tel-Əviv şəhərində düzənlənən sayca 64-cü "Eurovision-2019" beynəlxalq mahnı müsabiqəsinin final gecəsi start götürüb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, birinci və ikinci yarımfinalda uğurlu nəticə göstərərək finala vəsiqə qazanan 26 ölkə - Malta, Çexiya, Rusiya, Danimarka, San-Marino, Şimali Makedoniya, İsveç, Sloveniya, Kipr, Hollandiya, Yunanıstan, İsrail, Norveç, Böyük Britaniya, İslandiya, Estoniya, Belarus, Azərbaycan, Fransa, İtaliya, Serbiya, İsveçrə, Avstriya, Almaniya, Albaniya və İspaniya nümayəndələri qələbə uğrunda mübarizəyə başlayır.

Bütün çıxışlar yekunlaşdıqdan sonra müsabiqədə iştirak edən 41 ölkə ilı canlı bağlantı qurulacaq. Hər bir ölkənin tanınmış siması 1-dən 12-dək digər ölkələrin hesabına səs göndərəcək. Azərbaycandan veriləcək səsləri İTV-nin canlı efirindən Xalq artisti Faiq Ağayev fransız dildə elan edəcək.

Verilən ballar müsabiqə iştirakçılarının aktivinə əlavə ediləcək. Keçirilən bu özəl səsvermə prosesi yarışmanın ən çox maraq və müzakirə olunan anlardan biridir. Bu cür səsvermə şəffaflığın təmin edilməsi məqsədi ilə aparılır.

Yarışmaya əlavə rəng qatmaq üçün illər öncə " Eurovision"da qalib gələn və yaddaşlarda həkk olunan Netta Barzilai, Dana International, Konçita Vurst, Mons Zermerlyova və Verka Serdyuçka çıxış edəcək. Mahnı müsabiqəsinin fəxri qonağı dünya şöhrətli müğənni Madonna olacaq. Pop kraliça bu gecə səhnədə özəl repertuar və gözoxşayan şou sərgiləyəcək.

Şouda aparıcılıq Bar Refaeli, Erez Tal, Assi Azar və Lusi Ayouba həvalə olunub.

Qeyd edək ki, ölkəmizi nüfuzlu beynəlxalq müsabiqədə müğənni Çingiz Mustafayev "Truth" (Həqiqət) adlı mahnı ilə 20-ci nömrə altında təmsil edəcək.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.