Şou-biznes

"Çəkdiyim əziyyət, stress 3 dəqiqə üçün idi" - Çingiz

18 May 2019 18:42
2 Şərh     Baxış: 4 023
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Eurovision 2019" mahnı müsabiqəsində ölkəmizi təmsil edən Çingiz Mustafayev video müraciət ünvanlayıb.

Milli.Az Axşam.az-a istinadən bildirir ki, müğənni dünyanın müxtəlif yerlərində yaşayan azərbaycanlılardan səs istəyib:

"3 ay tez gəldi keçdi. Bu müddət ərzində çəkdiyim bütün əziyyət, stress, gözəl günlər, hazırlıqlar cəmi 3 dəqiqəyə görədir. Bu 3 dəqiqə gəlib çatdı. Dəstək olun. Mobil proqram vasitəsilə səs verə bilərsiniz. Bütün dünya azərbaycanlılarına səslənirəm: dəstək olun, səs verin".

Qeyd edək ki, "Eurovision"ın finalı saat 23:00-da İTV-də canlı yayımlanacaq. Çingiz "Truth" mahnısı ilə 20-ci nömrə altında səhnəyə çıxacaq.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.