Şou-biznes

Səidə ifaçısı həbs edilən mahnıya oynadı - VİDEO

18 May 2019 14:54
3 Şərh     Baxış: 4 612

Müğənni Səidə Sultan "Dolanım başına" mahnısına rəqs edib.

Milli.Az Ölkə.az-a istinadən xəbər verir ki, ifaçı bir müddət öncə ifaçısı həbs edilən "Dolanım başına" mahnısına oynadığı videonu  İnstaqram hesabından paylaşıb. O, videoya bu sözləri əlavə edib:

"Dolanım başına dolanım. Ay Cinuş başımızın bəlası . Biz oynayırıq siz niyə qıcıq olursuz? Siz də durun oynayın. Bəzi qurd-quşlara aiddir".

Sosial şəbəkədə paylaşılan video izləyiciləri qıcıqlandırıb. Onlar görüntüyə görə ifaçını tənqid ediblər. Bəziləri isə təhqirdən də qaçmayıb.

"Belə yüngüllük edirlər, sonra da deyirlər ki, bizə ad verin. Sizə ancaq yüngül artist adın vermək lazımdır", "Belə yüngülləri axı efirə niyə buraxırlar e?"

Bundan başqa ifaçının rəqsini bəyənənlər də olub. 

"Səni çox sevirik Səidə, belə davam et", "Səhnəmizin şıltaq qızı, çox səmimisən" - deyə ürək sözlərini əlavə edənlər də olub.

Qeyd edək ki, Səidə Sultan aparıcı Nəsib Nurun baldızıdır.

Milli.Az 

loading...

Şərh yaz:

3 Şərh:

  • Anonim
    S.H · 18 May 15:0011

    O kazbeke shey basim firranimin ifacisidi buna ne dexli dolanim bashima ?

    Cavab yaz
  • Anonim
    Fağır · 18 May 15:0824

    Əla mahnıdır lap. Adamın oynamağı gəlir özündən asılı olmayaraq. Nə varki burada

    Cavab yaz
  • Anonim
    Sovet vətəndaşı · 18 May 18:3040

    Bu Səyyad Əlizadənin mahnısıdır. Həbs söhbətinin nə yeri?

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.