Şou-biznes

Röya: "Müğənniyə savadsız deyənlər, gedib arıqlasın"

18 May 2019 12:19
5 Şərh     Baxış: 2 997
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Buradan uzaqlaşmağımın səbəbi qara işlərdə olmamaqdır. Kimdənsə, nəsə soruşanda deyirəm ki, mən olsam, daha betər cavab verərdim. İyrəncliklər baş verir".

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri Əməkdar artist Röya Ayxan "5/5" verilişinə qonaq olarkən deyib. Şou-biznesdən danışan müğənni efirləri pisləyib:

"Bizim vaxtımızda hər şey başqa idi. İndi başqalaşıb. Heç kimin xətrinə dəymək istəmirəm. Amma efir ucuz görünür. Hamınız bunu bilin. Eyni adamlar hər kəsi bezdirib. Bu gün sən, sabah başqası onu dəvət edir. Başa düşdük onlar istəyirlər. Ancaq özünə pul xərcləyən həmin adamlar da bilsinlər ki, necə xərcləməlidir. Ayda bir dəfə gəlsin və daha yaxşı formada.

İki kanala və iki Zaurun (Zaur Kamal və Zaur Baxşəliyev - red.) verilişinə gedirəm. Özümü bunlarda yaxşı hiss edirəm. Hər iki tərəfimi göstərəcəyim yeri sevirəm. Məni hər gün çağırma".

Röya müğənnilərə savadsız deyilməsi mövzusuna da toxunub:

"Müğənniyə savadsız deyənlər gedib arıqlasınlar. Özünə baxımlı olanlar, başqasının ağlı haqda danışsın".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.