Şou-biznes

Məşhurların “göy quş” yarışı

17 May 2019 19:29
1 Şərh     Baxış: 1 800

İnstaqramdan tanınmış sima, ictimai bir şəxs kimi təsdiq almaq və "göy quş" əldə etmək o qədər çətindir ki, buna görə məşhurlarımız müxtəlif yollara baş vururlar.

Bəziləri bunu sosial şəbəkənin adminstrasiyasına müraciət edərək rahat yolla ala bilsələr də, günlərlə gözləyib, "yox" cavabı alanlar da saysız-hesabsızdır.

Təsdiq almaq üçün müxtəlif prosedurlardan keçməlisən, internetdə yaxşı və tutarlı xəbərlərinin olmağı labüddür. Bir sözlə, bu müşkül məsələdir və üzüağ çıxmaq çox az adama nəsib olub.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, Azərbaycanda ilk təsdiqlənmə alan sənətçilər Əməkdar artist Tünzalə Ağayeva, müğənni İlhamə Qasımova və aktrisa Oksana Rəsulovadır.

Daha sonra bir-birinin ardınca "mavi quş"u əldə edən tanınmışlar isə aşağıda adları olanlardır:

Xalq artistləri Aygün Kazımova, Zülfiyyə Xanbabayeva, Əməkdar artistlər Abbas Bağırov, Röya Ayxan, Miri Yusif, müğənnilər Nigar Camal, Günay İbrahimli, Sevda Yahyayeva, Elnur Hüseynov, Çingiz Mustafayev, Günel Zeynalova, Damla, Sevil və Sevinc Səfərovalar, Nuri Sərinləndirici, Şəbnəm Tovuzlu, Zenfira İbrahimova, stilist Anar Ağakişiyev və idmançı Rəfael Ağayev.

Milli.Az

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    ƏMRAH ƏNRAH ALMALI · 17 May 21:4820

    BU YARIŞMAYA MƏNİ DƏ QATSANIZ GÖZƏL SÖZLƏR DEYƏRƏM

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.