Şou-biznes

“Tellini kıtır-kıtır kəsib, yeyərəm” - Tacir Şahmalıoğlu

17 May 2019 17:39
7 Şərh     Baxış: 2 730
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tacir Şahmalıoğlunun Telli Borçalı haqqında etdiyi açıqlama birmənalı qarşılanmayıb.

Milli.Az "ölkə.az"a istinadən xəbər verir ki, Xəzər televiziyasında yayımlanan "5 də 5" verilişində teleaparıcı Zaur Kamalın:

"Telli Borçalının harasını kəsərsən? Hanası hissəsində plastik əməliyyat etdirərsən? " sualına müğənninin cavabı İnstaqram izləyicilərini hiddətləndirib.
Belə ki, sənətçi:

"Tellinin hər yerini kıtır-kıtır kəsərəm, hər yerini yeyərəm" - deyə bildirib.

Müğənninin bu açıqlaması izləyicilər tərəfindən tənqid atəşinə tutulub:

"Efir mədəniyyəti yoxdur, bunları efirə niyə buraxırlar? Arsız-arsız gülür də", "Fədayəni yedin bitirdin, indi keç  yazıq Telliyə"- kimi tənqidi rəylər yazılıb.

Qeyd edək ki,müğənni Tacir Şahmalıoğlu evlidir . İki övladı var.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.