Şou-biznes

Şəbnəm: "Kanallar üzərimdə reytinq qurur"

17 May 2019 13:09
8 Şərh     Baxış: 2 765
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ARB TV-də yayımlanan "Hüseynova bacıları" verilişində müğənni Şəbnəm Tovuzluya ünvanlanmış sual onu qalmaqalın mərkəzinə salıb. Belə ki, proqramda Şəbnəmin Amerikanı Avropa şəhəri adlandırması onu lağ və tənqid obyektinə çevirib.

İş o yerə çatıb ki, Tovuzlu bir neçə TV-yə qadağa tətbiq edib. Şəbnəm bundan sonra həmin televiziya kanallarının heç bir verilişinə qatılmayacağını bəyan edib.

Yaşanmış olayla bağlı Şəbnəm Tovuzlu Oxu.az-a özəl videomesaj yollayıb.

Müğənni videoda son günlər adı hallanan məsələ ilə bağlı danışıb. Bildirib ki, kanallara hörmət etsə də, onlar adekvat münasibət göstərmirlər:

"Dostlarıma qarşı hər zaman hörmətlə yanaşıram. Amma dost bildiyim bəzi kanallar mənə bir müğənni kimi hörmət qoymurlar. Mən onlardan qarşılıqlı hörmət görmürəm. Üzərimdə reytinq qurub, haqqımda xoşagəlməz sözlər deyilirsə, bu, şəxsən məni tamaşaçıların gözündən salmaq deməkdir.

Heç də yaxşı bir şey deyil. Yaşadığım bu söz-söhbətlərdən sonra özümə söz vermişəm ki, bir neçə kanalın efirinə çıxmayacağam. Qadağa qoymuşam, getməyəcəyəm. Başqa müğənnilər var, onları çağırsınlar, nə qədər istəyirlər onlardan reytinq götürsünlər. Mən artıq yoxam".

Şəbnəm qeyd edib ki, kanallar müğənnilərlə bağlı təhrif olunmuş məlumatlar yayırlar:

"İnsanlar da bilə-bilə müğənnilərə qarşı qıcıq yaradırlar. Bizim demədiyimiz, etmədiyimiz şeyləri, şişirdilmiş şəkildə təqdim edirlərsə, o zaman tamaşaçı bizə aqressiya nümayiş etdirir. Bu isə biz müğənnilər üçün yaxşı hal deyil. Bundan sonra iki kanala çıxmayacağam".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.