Şou-biznes

Çingiz Mustafayev "Avroviziya-2019" beynəlxalq mahnı müsabiqəsinin finalına yüksəlib - VİDEO - FOTO

17 May 2019 05:31
17 Şərh     Baxış: 15 739
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İsrailin Tel-Əviv şəhərinin "Ekspo Tel-Əviv" arenasında 64-cü "Avroviziya" beynəlxalq mahnı müsabiqəsinin ikinci yarımfinalı keçirilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, beynəlxalq mahnı müsabiqəsinin aparıcıları supermodel Bar Rafaeli, teleaparıcılar Erez Tal, Assi Azar və aktrisa Lüsi Ayub olublar.

Azərbaycan təmsilçisi Çingiz Mustafayev "Truth" mahnısı ilə "Avroviziya-2019" beynəlxalq mahnı müsabiqəsinin finalına yüksəlib.

Azərbaycanla yanaşı finala Şimali Makedoniya, Niderland, Albaniya, İsveç Rusiya, Danimarka, Norveç, İsveçrə və Malta da yüksəliblər.

Qeyd edək ki, final mayın 18 keçiriləcək.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.