Şou-biznes

"Günay adam tutub məni öldürtmək istəyirdi" - Tolqadan inanılmaz sözlər

16 May 2019 14:10
4 Şərh     Baxış: 3 878

Türkiyədə yaşayan azərbaycanlı model Günay Musayevanın keçmiş əri Tolqa Karellə bağlı verdiyi açıqlama cavabsız qalmayıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, boşandıqdan sonra başqa bir qadınla evlənib, ABŞ-a köçən aktyor keçmiş arvadı haqda şok iddialar irəli sürüb. O bildirib ki, Günay onu öldürtmək istəyib:

"Məni öldürməsi üçün tutduğu adamın tapılıb, hazırda həbsxanada olduğunu da dedi? Ya da "Bir şərtlə boşanaram, məni Türkiyə vətəndaşı et" deyərək, boşanmanı bir il uzatdığını?

Evimi kirayə vermişdim, qalan insanlar zəng etdilər ki, mənzildən cadular tapdıq. Daha nələri deyim?dediklərimin hamısının sübutu var.

Müqəddəs ayda namaz qılıram, Allaha şükür edirəm ki, məni belə bir qadından xilas etdi. Mənim üçün o, bir ölüdür. Cahangir mənim oğlumdur. Amma gün gələcək gerçəkləri öyrənəcək və onun yanında bir dəqiqə belə qalmayacaq. Deyəcəklərim bu qədər. Vaxtı gələndə, Cihangir doğru yolu görəcək. Həmin ana qədər səbirlə gözləyəcəm".

Qeyd edək ki, Günay Tolqa ilə bağlı "İki aylıq aliment ödədi, ondan sonra isə göndərmədi. Beş il içərisində cəmi min lirə (280 azn) ödəyib. Əvvəllər pedaqoqlar oğlumun atasını görməyini istəyirdi, bir müddət göstərdik, indi isə yoxluğuna öyrəşib. Beş ildə atasını çox az görüb. Oğlum Cahangirin həm atası, həm də anası olmuşam. Bəlkə ad günündə oğluma zəng edər deyə, düşünürdüm. Onu da etmədi. İnstaqram-dan izləyir. Mən də oğlumla bağlı paylaşımlar etmirəm. Tolqanın valideynləri də bizi axtarmadı. Oğlumu tək böyüdürəm. Pis günlər yaşadıq, ancaq indi hər şey çox yaxşıdır. Atası haqda oğlumun yanında heç bir neqativ söhbətin getməsinə icazə vermirəm. Böyüyəndə görüşər, ya yox, onu bilmirəm" sözlərini demişdi.

Milli.Az

loading...

Şərh yaz:

4 Şərh:

  • Anonim
    suzan · 16 May 14:38120

    Qadina hörmet edersen o sene anadan bacidan artiq olar. Ona ezab verersen zülm edersen xeyanet edersen düşmenden beter olar. Düşmenden qurtararsan qadindan yox!...

    Cavab yaz
  • Anonim
    Oxucu · 16 May 15:1970

    Oğlun ata çörəyi yeməyəcək, atanın pulu ilə böyüməyəcək, anası onu təkbaşına böyüdəcək, hər əziyyətini tək çəkəcək və oğlu böyüyəndə 1 dəqiqə belə anasının yanında qalmayıb onu tərk edəcək? Tolqa, sənin adamlığına da, kişiliyinə də tək bir söz demək lazımdır, amma Ramazan ayı olduğu üçün, ağzım oruclu olduğu üçün demirəm. Allah özü bilsin sənə neyləsin. biz kimik ki.

    Cavab yaz
  • Anonim
    6 hiss · 16 May 15:2960

    Ay Tolqa indi dine imana gelmisen? Günay seninle evli olan illerde turk aparicilar senin her gün serxoş halini çekib gösterirdiler yaziq Günay senin en pis hereketine dözdü tvler Günayi aşagilamaq üçün her seyi etdiler amma o qadin sinmadi qürurunu eymedi

    Cavab yaz
  • Anonim
    Nara · 16 May 16:0651

    Hesabla qurulan izdivaclarin qurbani hemise gunahsiz korpeler olur.Tolqa yapraq dokumunde oz tipini yaratmisdi.maqazin verilislerden de nece heyat surduyu belli idi.demeli ozu dusen aglamaz.Gunay sen sece sece Tolqani mi secdin.belke oz milletimizden olsaydi bu cur soyuqqanliliq gormezdin.oglunun ata deyeceyi birisine ehtiyaci olacaq omru boyu.bu bowlugu ne dolduracaq?

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.