Şou-biznes

Brilliantdan Aygün və Faiqə sərt sözlər: "Yanıma gətirib, göylərə qaldırmışam, çaşıblar"

15 May 2019 13:19
9 Şərh     Baxış: 5 536

Xalq artisti Brilliant Dadaşova "MTV Azərbaycan"da müğənni Rəhim Rəhimlinin qonağı olub.

Milli.Az axşam.az-a istinadən bildirir ki, Dadaşova küsülü olduğu müğənnilərlə bağlı qalmaqallı açıqlamalar verib. Rəhim küsülü olduğu Xalq artisti Faiq Ağayevin onunla bağlı bir açıqlamasını səsləndirib.

Ağayevin dediklərinə qəzəblənən Brilliant küsülülüklərinin əsl səbəbini açıqlayıb:

"Gəldi dedi ki, biletim satılmır, konsertə bir həftə qalıb. Qurban olum, adını ver afişaya vuraq, bilet satılsın. Yoxsa sponsorlar bir də mənlə işləməyəcək. Mən də icazə verdim. Rafiq Babayev dedi ki, ya sən ağılsızsan, ya da həmin adam ağıllıdır. Bir həftə qalıb, biletlər satılmasa, deyəcək, Brilliantın adı var idi deyə, satılmadı. Necə demişdi, eləcə də oldu. Şər də, böhtan da atdı. Rəhmətə getmiş valideynlərimi, ata-anamı söydü. Onu nəinki bağışlamaq, bağışlamağı düşünən insanlar belə, mənə xəyanət etmiş olur.

Mənə sataşır, təhqir edirsə, niyə barışmalıyam? Öz həyat tərzini mənə sırımaq istəyir. Guya mən onun üçün bunu etmişəm. İndi anlayıram ki, vaxtilə öz sənətimə qiymət verməmişəm. Sənətimin aşağısında dayananları tərifləmişəm, özümlə bir tutmuşam. Elə biliblər ki, mənimlə eynidirlər. Başa düşürəm ki, səhv etmişəım".

Brilliant daha sonra illərdir danışmadığı Xalq artisti Aygün Kazımovaya da söz atıb:

"Gedib xarici müğənniyə pul verib, onların yanında dayanan müğənnilər var. Hər zaman pul xərcləyiblər ki, onları müğənni hesab etsinlər. Elə insanları mən Brilliant qəbul etmirəm. Mənə hər zaman pul verilib ki, kimsə yanımda dursun. Hələ fikirləşmişəm... Kiməsə pul verim ki, gəl sənlə duet oxuyum? Ölərəm ey, gecə yata bilmərəm. Dırnağım qədər bilən insanları yanıma gətirib, göylərə qaldırmışam, çaşıblar".

Qeyd edək ki, Faiq Brilliantla bağlı "Söhbətsiz" verilişində "Aramızda olan söhbət toy bazarının bölünməsi ilə bağlı idi. İlk gündən həmişə yüksək qonorarlar almışam. İlk dəfə toya 1995-ci ildən başladım, o zamanda ən "xod gedən" müğənnilərdən bir pillə yüksək qiymət qoydum. Münaqişəmiz toyda baş verdi. Xırda məsələ idi, böyütmək lazım deyildi. Bu məsələni mətbuata çatdıran nə mən, nə də toy yiyəsi oldu" açıqlamasını vermişdi.

Xarici müğənni ilə duet oxuyan isə Aygün Kazımova olub. Müğənni dünya ulduzu Snup Doqla "Coffee from Columbia" mahnısını oxuyub, klip çəkdirmişdi. Kazımova bu layihə üçün 500 mindən çox xərclədiyini açıqlamışdı.

Milli.Az

loading...

Şərh yaz:

9 Şərh:

  • Anonim
    aea · 15 May 13:2752

    çox müğənnilər xarici müğənnilərlə klip çəkdirib, təkcə Aygün yox... elə biri Röya....

    Cavab yaz
  • Anonim
    Seva... · 15 May 13:3884

    Axira qeder oxumaga sebrim catmadi.Brilliyant xanim harda oxuyur men bilmirem.evveller oxuyub .

    Cavab yaz
  • Anonim
    Qurban · 15 May 13:421210

    Faiqin güclü səsi, Aygünün isə şirin səsi var. Brilianta isə bunların heç biri yoxdur. Aygün Krikorovla duet oxuyursa bunu alqışlamaq lazımdır, lap pul hesabına olsa belə. Bunun nəyi pisdir. Onsuzda şou-biznes pulun üzərində qurulur. İstənilən müğənilərimizin uğuruna sevinmək lazımdır. Qısqanclıq eləməyin yerinə.

    Cavab yaz
  • Anonim
    vətəndaş · 15 May 14:03712

    Brilliantın çox məlahətli səsi var. Adam yorulmur onu qulaq asmaqdan

    Cavab yaz
  • Anonim
    mn · 15 May 15:1659

    Briliant xanim halal olsun sizə düzgün danişdiz sizin yoxdu

    Cavab yaz
  • Anonim
    Azər · 15 May 15:2459

    Brilliant xanim tam haqlıdir. Faiqin ümumiyyətlə oxumaq ifaçılıq sənəti çox bərbatdir. Aygün isə gündəmdə qalmaq üçun ancaq pullar xərcləyib. Brilliant isə əsil sənətkardir.

    Cavab yaz
  • Anonim
    Anar · 15 May 15:2557

    Sənətkar olan insan əlbətdə özünə sığışdırmaz kiməsə pul versinki duet oxuyaq. Aygündə sənət yoxdu.

    Cavab yaz
  • Anonim
    Konul · 15 May 16:3113

    Siz savasha biz tamasha))

    Cavab yaz
  • Anonim
    Haqqi deyek · 15 May 17:2353

    Brilyantin qeyri-adi sesi olsaydi deiklerine haqq vererdim!

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.