Şou-biznes

Rəvanın keçmiş həyat yoldaşından ŞOK SÖZLƏR: Atası mənə zəng edir... - FOTO

7 May 2019 15:24
22 Şərh     Baxış: 22 259
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İki ailə həyatı da uğursuz alınan Rəvan Qarayevin keçmiş xanımları açıqlamalar veriblər.

Milli.Az xəbər verir ki, müğənnin Türkiyədə yaşayan ilk həyat yoldaşı Əsmər, "Ay Zaur"da etdiyi səmimi açıqlamalarla hər kəsi təəccübləndirib.

O, ayrılıqlarının tək səbəbkarı kimi Rəvanı görməyib:

"Rəvanla aramızda heç bir zaman bir-birimizə qarşı hörmətsizlik olmayıb. Biz qızımızı böyütdük, artıq 11 yaşına çatıb. 10 il (2010-cu ildə) olacaq ki, Rəvandan ayrılmışam. İkimizdə də günah oldu. Tək onu, ya da məni qınamayaq. Biz uşaq idik o vaxtı. Evləndiyimiz vaxtı da uşaq idik. Özümüz istəyib ailə qurmuşuq, özümüz də öz istəyimizlə ayrılmışıq. Ayrılmağa peşiman oldummu? Onunla da xoşbəxt deyildim, onsuz da xoşbəxt deyildim. Çünki onun sənətini hər qadın qaldıra bilməz. Amma təbii ki, insan peşiman olur. Təbii ki, heç kim ayrılmaq üçün ailə qurmur. Təbii ki, peşiman oldum. 

Mən bu günə qədər Rəvanın atasına "papa" demişəm. İstəsəniz ona zəng edib təsdiqləyə də bilərəm. Atası hər gün özü zəng edir, görüntülü danışırıq. Yəni, bizdə elə bir problem yoxdur".

Rəvanın ikinci həyat yoldaşı Günay da telefonla efirə qoşulub.

O da Əsmər kimi ayrılmaqlarına baxmayaraq Rəvanla dost qaldıqlarını bildirib:

"Uşağın artıq 6 yaşı var. Rəvan uşaqlara pul göndərir. Necə lazımdır elə də baxır. Rəvan ayrılıqda özünü təqsirli bilməsində haqlıdır, ayrılığımızda mənim günahım yoxdur. Bir etiraf edim mən: Bizim ayrılmağımıza səbəb qısqanclıq olmayıb. Tamam ayrı bir mövzudur. Sadəcə hər dəfə Rəvan özü səbəb kimi qısqanclığı deyib. Rəvanla mən 5 il ailəli olmuşam, mən Rəvandan heç vaxt incik olmamışam. Xəyanəti də olmayıb mənə. Yalan deyərəm, tutmamışam, görməmişəm. Necə lazımdır ailəsinə baxıb, hər şeyi yerli-yerində idarə edib. Mənim Rəvana hörmətim böyükdür. Ona görə də Rəvana görə atasının bizim ayrılmağımıza səbəb olması barədə danışmayacam". 

Qeyd edək ki, Rəvanın hər iki qadından bir övladı var.

Təhməz Təkin
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.