Şou-biznes

Oksana ilə Şəhriyarın dostluğu bitdi

3 May 2019 15:49
0 Şərh     Baxış: 4 947
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şou-biznesdə daha bir qalmaqal yaşanıb.

Milli.Az Musavat.com-a istinadən xəbər verir ki, uzun illərdir dostluq edən rəqqasə Oksana Rəsulova ilə aparıcı Şəhriyar Əbilov münasibətinə son qoyub. Bir neçə aydır küsülü olan köhnə dostlar sosial şəbəkədə də bir-birini izləmədən çıxarıb.

Hətta Şəhriyarın həkim rolunu oynadığı, Oksananın filmi "Mələyin öpüşü"nün nümayişi ilə bağlı paylaşımına da rəqqasə reaksiya verməyib.

Cütlüyün münasibətinin pozulmasına səbəb şəxsi həyatlarıdır.

Qeyd edək ki, uzun illərdir dostluq edən və bir çox filmlərdə birlikdə rol alan Oksana ilə Şəhriyar sonuncu dəfə "Lal yuxu" serialında sevgili obrazını canlandırıblar.

Axşam.az-a danışan Əbilov hər şeyin bir zarafatdan irəli gəldiyini bildirib:

"Hər zaman dost olmuşuq. Türkiyədə olanda da bütün doğru məsləhətləri Oksana mənə verib. Yaxın günlərdə yeni proektlərimiz olacaq. Türkiyədəki praktikamı bitirmişəm. Uzun müddət Bakıda olacam və Oksana ilə yeni işlərimizə başlayacağıq. Dünən də bir yerdə idik, bu gün də birlikdə sərgidə olacağıq. İttihamlar əsassızdır. Hər şey yaxşıdır. Dost kimi heç vaxt Oksananı itirmək istəmərəm. Mən "Mələyin öpüşü"nün "YARAT"da təqdimatı zamanı, "Azərbaycan Moda Həftəsi"ndə model kimi səhnəyə çıxırdım, ona görə də tədbirə qatıla bilmədim".

Şəhriyar Oksananı İnstaqramda izləmədən çıxarmasını isə belə izah edib:

"Balaca bir zarafatımız var. Sözləşdik və mərcə girdik. Mərcə görə İnstaqramdakı dostluğumuzu bitirdik və izləmədən çıxardıq. İndi kim birinci "follow" atsa, mərci uduzacaq. Mən uduzmağı qəbul etmirəm, həmçinin, o da prinsipə düşüb. Biz həmişə bir-birimizin yanında olmuşuq, dəstək çıxmışıq. Bu, bundan sonra da belə olacaq".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.