Şou-biznes

Azərbaycanlı məşhurun Almaniyadan "zakaz" verdiyi LÜKS AVTOMOBİLİ GƏLDİ - FOTO

3 May 2019 13:07
4 Şərh     Baxış: 13 204
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Aşıq Zülfiyyə maşın həvəskarı olan məşhurlarımızdandır.

Milli.Az xəbər verir ki, məşhur sənətçi "5/5"də Almaniyadan gətizdirdiyi lüks avtomobilindən bəh-bəhlə danışıb.

Xanım aşıq avtomobilinə geyimindən çox diqqət etdiyini bildirib:

"Almaniyadan "Mercedes S-Class" gətizdirmişəm. Elə orada yığdırıb gətirtmişəm. 9 aya yığıldı o maşın. İnanın geyimə pul verməyə əlim gəlmir, qızıla pul verməyə əlim gəlmir. Mən də xəstəsiyəm maşının. "S-Class" rahatdır. Evdə oğlumun da, yoldaşımın da, mənim də maşınım var. Ən bahalısını mən sürürəm.

İki evimiz var. Biri Babəkin, biri də bizim qaldığımız. Bir də obyektimiz var. Mən 30 ildir səhnədəyəm. Olmasın ki, yəni?". 

Məhəmməd Vaqif
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.