Şou-biznes

Ramiz Novruzun müğənni oğlu "Azdrama"da işləyəcək

3 May 2019 11:09
6 Şərh     Baxış: 3 319
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xalq artisti Ramiz Novruzun oğlu Cavidan Novruz Akademik Milli Dram Teatrında işə başlayıb. 

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bir vaxtlar müğənni kimi fəaliyyət göstərən, sonradan aktyorluq edən Cavidan bu haqda özü xəbər yayıb. 

"Uşaqlıqda hər zaman atam teatrda tamaşalarda oynayanda, pərdənin arxasından baxırdım, deyirdim ki, görəsən, nə zaman böyüyəcəm və onun kimi bu səhnədə rollar oynayacam. İndi sevincimin həddi-hüdudu yoxdur. Bu teatrın aktyoruyam, həmin arzularımın gerçəkləşdiyini sizinlə bölüşürəm. 

Teatrımızın rəhbəri Azərpaşa Nemətova təşəkkür edirəm. Ona görə ki, gəncləri belə həvəsləndirdi. Öz və ailəmiz adından təşəkkür edirəm ki, mənə güvəndi, bacarığımı görüb bu teatra aktyor truppasına götürdü. Bu, sənətdə olan insanlar üçün belə tez bir zamanda reallaşa biləcək məsələ deyildi. Söz verirəm ki, işimin öhdəsindən layiqincə gələ biləcəm. Ciddi işdə, məsuliyyətli bir vəzifədə olmaq kimi gözəl bir şey yoxdur. Bir çox aktyorların arzusudur bu teatrda çalışmaq. Dahi sənətkarların ayaq basdığı, səhnə bölüşdüyü teatrdır".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.