Şou-biznes

“Sən kişiləri arvadlaşmağa çağırırsan” - Əli Mirəliyevdən Elgizə

1 May 2019 17:45
12 Şərh     Baxış: 4 643
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ARB TV-də yayımlanan "Səhər-səhər" proqramının aparıcıları Əli Mirəliyev və Elgiz Əkbər arasında qalmaqal yaşanıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, Elgiz verilişdə qonaq olan Tacir Şahmalıoğluna əməliyyat etdirərək, cavanlaşmağı məsləhət görüb.

Onun bu istəyi Mirəliyevi özündən çıxarıb. Müğənni deyib ki, belə hərəkətlər kişiyə xas olan işlər deyil.

Elgiz Əkbərin isə cavabı sərt olub:

"Sənin xarakterinlə sənətin uyğun deyil. Sənin düşüncə tərzinə sahib olan insanın səhnədə yeri yoxdur. Yekə kişisən, 70 yaşın var, nəyə düşüb ortalığa oynayırsan? Cəmiyyətdə pis fikirlər formalaşdırırsan. Tükü tökülmüş qarğaya oxşayırsan. Sən dediyin insanlar özünü ağır aparır".

Mirəliyev isə ona cavabında "Sən demək istəyirsən ki, kişilər, gedin arvadlaşın, özünüzü qadın görünüşünə salın" söyləyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.