Şou-biznes

Gənc müğənni: “Kaş Fəxrəddin Manafov kimi ərim olaydı” - FOTO

26 Aprel 2019 09:22
12 Şərh     Baxış: 15 763
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müğənni Fidan Süleymanova xalq artisti, tanınmış aktyor Fəxrəddin Manafova qarşı hisslərini ifadə edib.

Milli.Az yenicag.az-a istinadla xəbər verir ki, müğənni xalq artistinin xanımı ilə fotosunu "İnstagram" səhifəsində paylaşaraq onun kimi ərinin olmasını arzulayıb:

"Bir anlıq ürəyimdən keçdi ki, kaş Fəxrəddin Manafov kimi həyat yoldaşım olaydı. Doğrudan da, qadının onu başa düşən, qayğısına qalan, sevən ərinin olmaması bir müddət sonra faciə olduğunu hiss etdirir. Qəbul etdiyim depressiya əleyhinə dərmanlar həm keçmişdəki əziyyətlərimin, həm də son 4 ildə tənhalığımın nəticəsidir. İlk dəfə bu gecə qəlbimdən keçdi ki, həqiqətən də məni nəvazişlə, qayğısıyla ovsunlayan ərim olaydı kaş".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.