Şou-biznes

Zülfiyyənin evindən oğurluq edən xidmətçisinin məhkəməsi oldu

25 Aprel 2019 17:52
0 Şərh     Baxış: 2 187
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Zülfiyyə Xanbabayevanın evindən oğurluq edən xidmətçinin məhkəməsi baş tutub.

Milli.Az ölkə.az-a istinadən xəbər verir ki, Nəsimi Rayon Məhkəməsində xalq artisti Zülfiyyə Xanbabayevanın evindən oğurluq etməkdə təqsirləndirilən xadimə Əntiqə Şirinovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Hakim Şəlalə Həsənovanın sədrliyi ilə keçirilən prosesdə Ə. Şirinova özünü qismən təqsirli bildiyini deyib.

Məlum olub ki, Ə. Şirinova 2013-cü ildən 2018-ci ilədək Z. Xanbabayevanın Azadlıq prospektində yerləşən evində qulluqçu işləyən vaxtı evdən müğənniyə məxsus 2000 manat məbləğində paltar, 600 manat məbləğində kosmetika, 1520 manat məbləğində nağd pul vəsaitini oğurlayıb.

Zərərçəkmiş qismində müğənni Z. Xanbabayeva məhkəməyə gəlmədiyi üçün proses mayın 14-dək təxirə salınıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.