Şou-biznes

Sevda Yahyayevanın prodüseri danışdı: Yalan deyir...

25 Aprel 2019 12:04
10 Şərh     Baxış: 8 941

Müğənni Sevda Yahyayeva ögey atasının səsləndirdiyi ittihamlara cavab verib.

Milli.Az bildirir ki, sənətçinin 11 illik prodüseri Pərviz Əsgərov "qafqazinfo"ya açıqlama verərək məsələyə aydınlıq gətirib. Prodüser həmin şəxsin "Səni axtarıram" proqramında yalan danışdığını qeyd edib:

"O, iddia edir ki, Sevda Yahyayevanı "Yeni ulduz" müsabiqəsinə 15 həftə aparıb.  Bu, yalan söhbətdir.  Sevda xanım müsabiqə dövründə metro və avtobusdan istifadə edərək çəkilişlərə özü gedib-gəlib. Bunu sözügedən müsabiqənin əməkdaşları, iştirakçılarından öyrənə bilərsiz. Sadəcə olaraq həmin şəxs efirdə özünü elə təqdim edir ki, guya Sevda xanım üzərinə böyük əməyi var, lakin qarşı tərəf onu axtarmır. 

11 il Sevda xanımla çalışmışam. Bu insan 15 il əvvəl Qobuda market rəhbəri olub. Həmin mağazada Sevda xanımın anası satıcı kimi çalışırdı. Sevda isə məktəbdən çıxıb mağazada anasına kömək edirdi. Həmin adam qışın soyuq ayında belə mağazada soba işlətməyə icazə vermirdi. Sevdagil soyuq aylarda üşüyə-üşüyə çalışırdı. Sözüm ondandır ki, Sevda heç vaxt onun üzərinə qışqırmayıb, evindən qovmayıb. Belə bir şey necə ola bilər? Onun xasiyyətində belə şeylər yoxdur. Çıxıb efirdə deyir ki, evlərini təmir etmişəm, bu da yalandır". 

Prodüser qeyd edib ki, Nuriyyə xanım (Sevdanın anası) həmin şəxslə evli olmayıb:

"Sevdanın anası çox utancaq biridir, evinə qonaq gələn birinə utanaraq salam verir. Sevda da anasına bağlı bir insandır. Evə bağlı biridir, ana-bala bağlılığı var. O, iddia edir ki, Sevda anasını qulluqçu kimi saxlayır. Heç bir ana evində qulluqçu deyil. Müğənniyə şər-böhtan atmaq olmaz. Sevda deyir ki, mövzu barədə fikir bildirməyəcəm, onların Allahı və özü bilər. O insan Sevdanın anası ilə evli olmayıb, belə söhbət yoxdur. 12 ildir ki, Sevdanı tanıyıram, həmin adamı onlarda görməmişəm. Biz qonşu olmuşuq, ailəvi dostluğumuz var. Həyatım boyu həmin şəxsi tanımamışam". 

Milli.Az

loading...

Şərh yaz:

10 Şərh:

  • Anonim
    Aki1 · 25 Aprel 12:0760

    Cixx isbat ele bu milleteee

    Cavab yaz
  • Anonim
    ♛→σʀιɢιɴαւ ÞʀσғιĽ←♛ · 25 Aprel 12:13153

    Sevdanida lap angel xranitel eliyiblere. Ele bil millet coreyi qulaginin dibine yeyir..

    Cavab yaz
  • Anonim
    KMV · 25 Aprel 12:14113

    Kisi demedi resmi evli olub amma bunlari saxlayib,hami oyrenib kecmisin danmaga

    Cavab yaz
  • Anonim
    Qaqa · 25 Aprel 12:3742

    basladiz yene qopalamaga

    Cavab yaz
  • Anonim
    Esmer · 25 Aprel 12:4673

    Yeqin kişinin nəsə .məqsədi var ..Ona görə cıxıb efirə.

    Cavab yaz
  • Anonim
    Teselli · 25 Aprel 12:5755

    Sevdaynan uzaqdan qohumlugumuz catir.bizimkiler hemise yasda toyda anasiynan qohumlariynan qarsilasir.cox medeni anasi var.

    Cavab yaz
  • Anonim
    Seva · 25 Aprel 13:3331

    Niye ogey atasi deyilir?

    Cavab yaz
  • Anonim
    Bibi · 25 Aprel 15:0404

    Vallah adam baxa baxa qalır.o boyda yalan olar.yalan olsaydı o kişi onda sevdanın adını çəkirdi.qoy çəkərdi başqa adamın adını.niyə məhz sevda?mən o kişiyə inanıram.

    Cavab yaz
    • Anonim
      Sovet vətəndaşı · 25 Aprel 16:15121

      Siz o kişinin nəyinə inanırsız? İnandırıcı nə deyirki elə?O kişi hansı gizli cinayətin üstünü açırki elə? Tutaqki lap Sevdanın ögey atasıdl. O ataya nə dəxli varki Sevdanın anası Sevdanın işini görür ya görmür? Deyirsizki niyə məhz Sevdanın adını çəkir? Sevdanı tanıyır Sevdanın adını çəkir. Məmmədqulunun adını çəkəsi deyilki. Xoşu belə provakatorları qəsdən gündəmə gətirir.

      Cavab yaz
  • Anonim
    Semimi insan · 25 Aprel 20:2630

    Gelin Xosunun emeyini itirmeyek axi bu yazigin gunahi nedirki? Bir heyle kasib kimsesiz agir xeste olanlara bu qadin bu qeder komek elini uzadir axi niye onun haqqinda bu qeder insafsiz danisirsiniz olmaz axi. Vallah men onu sexsen tanimiram sadece xeyriyeci kimi gorurem onu televiziyadan gormusem onu. Cox kasib kusuba qol acir. Gelin merdi qova qova namerd elemeyek eziz milletim.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.