Şou-biznes

“Kişi bir-iki saatlıq kefə görə nəslini, ailəsini qurban verər?” - Cavanşir Məmmədov OD PÜSKÜRDÜ - VİDEO - FOTO

23 Aprel 2019 16:52
5 Şərh     Baxış: 5 357
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ARB TV-nin "Show news" verilişinin növbəti müsahibi əməkdar artist Cavanşir Məmmədov olub.  
Əməkdar artist gündəmə gəlmək üçün dəridən-qabıqdan çıxan, sponsorları ilə öyünən, insanlara pis örnək olan şou əhlinə od püskürüb:

"Biz şou-biznes adamı deyilik, sənət adamıyıq. Şou-biznes o demək deyil ki, nə istəsən et gündəmə gəl. Gündəmə sənətkar yox, sənət adamı kimi gələ bilərsən".

Cavanşir Məmmədov olduqca ağır kəlmələrdən istifadə edərək, sadəcə, özünün bildiyi ünvana daş atıb:

"Sanballı sənət adamı kimi gəl gündəmə. Təki özümü bura soxum, qapı açıqdı, girim yer taparam deyirlər. Sən nəyi nə ilə sintez edirsən? Gözümün içinə yaxşı bax, sənə deyirəm. Sənətə o cür gəlmirlər. Günah sizdə yox, bizim kişilərdədir ki, pul verib aparır məclisə. Arvadı, qızı ilə şəkil çəkdirir. Kişi bir-iki saatlıq kefə görə nəslini, ailəsini qurban verər? Mentalitet deyəndə, palazın altında danışırıq? Biz kimik, kim olmuşuq, hara gedirik? Gözəl musiqisi olan bir xalqın içərisində alaq otları var ki, ziyan verirlər".

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.