Şou-biznes

“Dəfələrlə övladlarımı bətnimdəykən itirmişəm”

23 Aprel 2019 16:05
7 Şərh     Baxış: 5 484
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xalq artisti Məleykə Əsədova "Şou ATV" proqramında şəxsi həyatı barədə açıqlamalar verib. 

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, 52 yaşını canlı efirdə qeyd edən aktrisa qızı Gülər barədə danışıb. O, açıqlamasında dəfələrlə hamilə qaldığını, lakin bətnində körpələrin tələf olduğunu açıqlayıb:

"Qızım Gülərdən əvvəl dəfələrlə övladım olub, bətnimdə itirmişəm. Həkimlərim bilir, hamısı oğlan idi. Dünyaya gəlməmiş vəfat edirdilər. Hətta Fransaya getmişdik, oğlum üçün paltarlar aldım, hazırlaşırdıq. Bilirsiniz, biz fədakar insanlarıq, bütün günü səhnədə olurduq. Bu səbəbdən övladlarım tələf olurdu. Ancaq hər zaman qız övladı arzulamışam. O da dünyaya gəldi".  

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.