Şou-biznes

Röyanın sevgilisi var

22 Aprel 2019 12:24
12 Şərh     Baxış: 5 576
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əməkdar artist Röya Ayxanın şəxsi həyatında dəyişiklik olub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, sənətçinin instaqram paylaşımlarından bəlli olur ki, sevgilisi var.

Röya tez-tez sevgi postları paylaşır, mahnılar oxuyur. Hətta 36 yaşlı ifaçı ötən gün rəsmi səhifəsində "Darıxdığım insan çox uzaqdadır" rəyini yazıb.

Bundan əlavə, ifaçı video paylaşaraq kipriklərinin məhz sevgilisi üçün laminasiya olunduğuna işarə edib: "Bundan sonra səhər yuxudan duranda adamın sevgilisi qorxmaz".

Qeyd edək ki, sənətçi açıqlamalarında uzun müddətdir ki, sevgilisinin olmadığını açıqlamışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.