Şou-biznes

Bu məşhurlarımız plastik əməliyyatın QURBANI OLDU - FOTO

20 Aprel 2019 19:51
7 Şərh     Baxış: 4 429
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İnsanlar, xüsusən də qadınlar hər zaman gözəl görünməyə can atır.

Gözəllik isə necə deyərlər "qurban" tələb edir. Müasir dövrümüzdə əsl qurbana çevrilənlərin sayı az deyil.

Milli.Az redaktor.az-a istinadən bildirir ki, ölkəmizdə uğursuz, eləcə də ölümlə nəticələnən bir çox plastik cərrahiyyə əməliyyatları baş verir. Sıravi vətəndaşlarla yanaşı məşhurlarımız da əməliyyat masasına uzanır.

Yaxın keçmişdə ilk dəfə plastik cərahiyyə əməliyyatı etdirən xalq artisti, bədii qiraətçi Əminə Yusifqızı olub. O, burun əməliyyatı keçirib.

Onun ardınca isə xalq artisti Flora Kərimova əməliyyat masasına uzanıb. Xanım sənətçi Redaktor.az-a açıqlamasında bildirib ki, hər qadın gözəl görünmək üçün əlindən gələni etməlidir:

"Mənim plastik əməliyyata münasibətim çox yaxşıdır. Hər qadın gözəl görünmək istəyir. Əks halda, bu, onda narahatlıq, özünəqapanma, kompleks yarada bilər. Həyatı cəhənnəmə dönə bilər. Əsas odur ki, peşəkar əllərə özünü həvalə edəsən. Mən cavanlığımda əməliyyat etdirmişəm və hesab edirəm ki, yenə ehtiyac duysam, o masaya uzanacam. Amma bu, mənim gözəl görünməyim üçün sonuncu şansım olacaq".

İlk dəfə uğursuz əməliyyata məruz qalan müğənni isə Nəzakət Məmmədova olub. O, boynundakı qırışlardan azad olunmaq üçün həkimə müraciət edib. Nəticədə isə xanım sənətçi qanaxmadan vəfat edib.

Uğursuz əməliyyat elətdirən digər məşhur isə "Elit star" ləqəbi ilə tanınan müğənni Cəmilə olub:

"Son zamanlar məşhurlar adətən plastik əməliyyat xəstəliyinə tutulublar. Əməliyyat lazımdır, amma üzlə bədənə toxunmaq olmaz. Mən onları anlaya bilmirəm, nəyə lazımdır? İdmanla məşğul olub, az yeyib arıqlamaq lazımdır. Mən silikonla dodağımı şişirtdim, amma sonradan çıxartdım. Çünki fəsadlarla qarşılaşdım. Dodağım çürüməyə və göynəməyə başladı".

Əməkdar artist Nahidə Orucova hesab edir ki, səhnədə olan hər kəs mütləq əməliyyat etdirməlidir:

"Mədəmi kiçiltdirib, üzümü dartdırmışam, lakin fəsadla qarşılaşmamışam. Əməliyyatdan öncə özümü mənəvi hazırlışam. Amma tamaşaçılar məni bəyənməyiblər".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.