Şou-biznes

Ulduzlarımızın səhvlərlə dolu statusları - Kim Azərbaycan dilini yaxşı bilir?

21 Aprel 2019 03:30
6 Şərh     Baxış: 4 435
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Son günlər müğənni Şəbnəm Tovuzlunun qrammatik səhvlərlə dolu statusları, coğrafiya bilikləri sosial şəbəkələrdə müzakirə obyektinə çevrilib. Sosial şəbəkə istifadəçiləri arasında gedən müzakirələrdə izləyicilər iki yerə bölünüb. Kimi Şəbnəmin tərəfini tutaraq onun Azərbaycan dili müəllimi olmadığını əsas gətirir, kimi də müğənninin yazılarında səhv tutaraq onu tənqid edir.

Milli.Az bildirir ki, ölkə.az bu mövzunu diqqətdə saxlayaraq, ulduzlarımızla bağlı kiçik araşdırma aparıb.

Bizə də maraqlıdır, hansı məşhurumuz "e" hərfi ilə "ə"ni, "ş" hərfi ilə ingilis əlifbasının "w" hərfini bir-birindən ayıra bilir.

Xalq artisti, səhnəmizin divası Aygün Kazımova deyəsən Azərbaycan dilini və əlifbasını çox gözəl bilir. Xanım ifaçının sosial şəbəkədə paylaşdığı statuslara nəzər yetirsək, buna şahid ola bilərik. Xalq artisti sözlərdə harada "e" və harada "ə" işlənildiyini bilir.

Xalq artisti, səhnəmizin qalmaqallardan uzaq olan məşhuru Zülfiyyə Xanbabayeva da statuslarında bizi sevindirir. Xanım ifaçı da  Azərbaycan hərfləriylə yazan ulduzların sırasındadır.

Əməkdar artist Tünzalə Ağayeva da Azərbaycanda yaşadığından və əlifbada "ə" hərfinin mövcudluğundan xəbərdardır. O da yazılarını qrammatik qaydalara uyğun olaraq paylaşır.

Xalq aritsti, öz intellektual səviyyəsi ilə seçilən Faiq Ağayev Azərbaycan dilində səlis danışıb yazan ulduzlardandır. Cənab "Qızıl şlyager" danışdığı kimi, statuslarında da mükəmməldir. 

Müğənni Nazənini də bu mənada fərqləndirmək olar.  Görünür aktiv "İnstagram" istifadəçisi olan ifaçı xanım harada yaşadığını və dövlət dilinin hansı dil olduğunu çox gözəl bilir. 

Yuxarıda sadaladığımız məşhurlarımızdan fərqli olaraq bu ulduzlarımız isə deyəsən Azərbaycan əlifbasında "ə", "ş" hərfinin olduğundan xəbərsizdirlər.  Çünki yazılarına nəzər salsaq və onların yazdıqları kimi tələffüz etsək, ümumiyyətlə gərək "ə" hərfindən istifadə etməyək.

Son zamanlar qalmaqalları ilə gündəmdən düşməyən müğənni  Afət Fərmanqızı  dilimizdən doğru istifadə etməyən məşhurlardandır.  "Ə" hərfini "e" ilə əvəz edən ifaçı qalmaqallardan vaxt tapsa, bəlkə də əlifbanın 32 hərfdən ibarət olduğunu bilər.

Xalq artisti Nazpəri Dostəliyeva da  düzgün Azərbaycan dilində yazmayan ulduzlar arasındadır. Onun da statuslarında bu kimi qarışıq hərflərə rast gəlinir. Ümid edirik ki, gələn statuslarında ifaçı xanım bu məqamları diqqətdə saxlayar.

Rəqqasə Fatimə də deyəsən əlifbada hansı hərflərin olduğunu yadından çıxarıb.Rəqqasə statuslarında hərflərimizin yerini səhv salaraq, qrammatikamıza yeni mənalı sözlər əlavə edir. 

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.