Şou-biznes

"Günah müğənnilərdədir, böyük danışırdılar, indi cavab versinlər"

19 Aprel 2019 15:19
6 Şərh     Baxış: 3 533

Aparıcı Rövşanə Ağasəfqızı müğənnilərin tənqidlərə məruz qalmasına münasibət bildirib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, "Səhər-səhər" verilişinə qonaq olan aparıcı sənət adamlarını tənqid edib.

Proqramda sosial şəbəkədə ifaçıların çox tənqid edilməsi mövzusu müzakirə olunub. Rövşanə isə bu şəraiti ifaçıların özlərinin yaratdığını bildirib:

"Bütün günah müğənnilərin özündədir. Zamanında özlərini elə tanıtdılar ki... Qadağalar götürüldü, müğənnilər efirlərə axışdı. İnstaqram, digər sosial şəbəkələrə başladılar. Başladılar böyük-böyük danışmağa. Elə bildilər ki, elə hər gün toya gedəcəklər, insanlar 8-10 müğənnini birdən məclisə dəvət edəcək. Bunlara 20-15 min verəcəklər. Belə-belə xalqın içində onlara qarşı kin yarandı.

Müğənni çıxıb sevigilisindən, villasından danışdı. "Savadım yoxdur, əcəb edirəm, villam, maşınım belədir, heç oxumuram" dedi. Biri çıxıb deyir tanışımdan uşaq dünyaya gətirmişəm, əcəb etmişəm. O birisi çıxıb başqa söz deyir. Böyük-böyük danışa-danışa qaldılar gündəmdə, aktyorlar, rejissorlar qaldı ikinci planda. Nə oldu, içindən müğənni çıxır. 

İnsanları hədələyirlər, kim qabağımda durarsa, onu belə edərəm, deyirlər. Hüquq mühafizə orqanları qalır kənarda, müğənnilər çıxıb deyir araşdıracam, dərsini verəcəm. İndi gedin cavab verin. Müğənniciklərdir onlar hamısı".

Milli.Az

loading...

Şərh yaz:

6 Şərh:

  • Anonim
    aea · 19 Aprel 15:33110

    Düz söz... Müğənnilər və bəzi aktyor-aktrisalar özlərini mədəniyyətsiz, kiminsə hesabına özlərindən razı aparırlar.. Savadsızlıqları, nigahdankənar uşaq dünyaya gətirməkləri , xalqı təhqir eləmələri - saymaqla bitmir...

    Cavab yaz
  • Anonim
    Roya · 19 Aprel 15:33270

    Sadalananları müğenliler tek yox aparıcıların komeyi ile etdiler.

    Cavab yaz
  • Anonim
    l · 19 Aprel 20:4120

    Çox qani aci dili aci yekəxana insansan.Nədənsə heç sevmirəm səni.Aparici olsanda efir intelektin olduqca aşagidir.Məsələn insanlarin dəvət edirsən verlişə amma danişmaga imkan vermirsən.Sən hələ özün öyrənməlisən öyrətməli yox

    Cavab yaz
  • Anonim
    Gunel · 19 Aprel 20:5500

    Ela dedin ay aparici , duz ne varsa saqol dedin

    Cavab yaz
  • Anonim
    s · 19 Aprel 22:3900

    Efirlar va Reytinq xatirina va yaxud naya gerasa aparilan veriliwlar kimlarinsa waxsi munasibatlari va hayat tarzlari beyumakda olannasillarin hayat tarzina va pisixikasina cox pis tasir etmakdadir.Bela veriliwlarin hec birini istamirik.Orda iwtirak edan muqannilari va aparicilarin hec birisini germak istamirik.Televiziya sanki sahibsiz bazardir.Muqanni sezunu bela ewitmak istamirik.

    Cavab yaz
  • Anonim
    royaya · 19 Aprel 23:0820

    duz dedin roya xanim

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.