Şou-biznes

“Anamı zorladın, sonra bildi ki, evlisən...” - Daha bir ittiham

19 Aprel 2019 13:44
14 Şərh     Baxış: 5 765
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xalq artisti Nazpəri Dostəliyevanın qardaşı qızı Pərvanə atası Ağalar Dostəliyevin ittihamlarına cavab verib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, o, anasının A. Dostəliyev tərəfindən təcavüzə məruz qaldığını, daha sonra məhkəmə yolu ilə soyadını ona verdiyini iddia edib:

"Anama şər-böhtan atırsan ki, guya ad günündə onunla tanış olub otelə getmisiz.  Sən Şəhlaya (anama) 9 may tarixində "Volçiy Vorota" qəbiristanlığında (Qurd qapısı) təcavüz etdin. O, istəyərək sənlə bərabər olmayıb. Daha sonra məhkəmə xətti ilə özün qol çəkdin, soyadını verdin. Anamı bacılarınla dəlixanalara saldırdın. Bu bəlanı anamın başına gətirdikdən sonra öyrəniblər ki, sən 4 aydır ki, evlisən. 11 il anamın ailəsi babamın üzünə baxmayıb. Sonra 6 yaşında öz övladına bunu etdin və məni qorxutdun ki, heç kimə demə. Mən özümü biabır etsəm də, həqiqəti hər kəs öyrənəcək. Sən və bacıların mənim anamın adını ləkəliyə bilməzsiz. Anamı bacılarınla tay etmə".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.