Şou-biznes

Çinarə Qənirə Paşayeva ilə mahnı oxudu - VİDEO

19 Aprel 2019 10:57
1 Şərh     Baxış: 2 481
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müğənni Çinarə Məlikzadə Ankarada keçirilən bir məclisdə səhnəyə çıxıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, ifaçı orada "Çırpınırdı Qara dəniz" mahnısını səsləndirib.

Məclisdə millət vəkilləri də yer alıblar. Çinarə azərbaycanlı deputat Qənirə Paşayeva və Türkiyənin Büyük Birlik Partiyasının rəhbəri, millət vəkili Mustafa Desticinin yanına yaxınlaşaraq mikrofonu onlara uzadıb. Millət vəkilləri və digər qonaqlar da Çinarə ilə birlikdə mahnı ifa ediblər.

Sənətçi sözügedən görüntüləri İnstaqramda yayımlayıb.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Çinarə millət vəkilləri ilə mahnı oxudu

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.