Şou-biznes

"Yüngülvari içmişəm, 28 yaşım var..." - PƏRVİN həmin görüntülərdən DANIŞDI

18 Aprel 2019 14:44
16 Şərh     Baxış: 9 334

Aktrisa Pərvin Abıyeva sosial şəbəkələrdə yayılan yeni görüntüləri ilə gündəmə gəlib. 

Milli.Az xəbər verir ki, aktrisanın aeroportda əlində içki badəsi ilə rəqs etməsi ətrafdaki insanların narazılığına səbəb olub. Sərnişinlərdən biri sözügedən hadisəni lentə alıb və sosial şəbəkədə paylaşaraq bu sözləri yazıb: 

"Bu gün Bakı aeroportunda maraqlı hadisə qarşılaşdım. Bizimlə birlikdə 2 məşhur və bir "modelfason" qız Istanbuldan Bakıya gəlirdi. Çox məşhur aktrisamız və modelfason qız özlərini düzgün olmayan şəkildə aparırdılar, hər kəsin gözü önündə çamadanın üstünə çıxıb, qışqırırdılar".

Aktrisa Pərvin Abıyeva məsələ ilə bağlı Redaktor.az-a açıqlama verib: 

"Videonu özüm paylaşmışam. Belə də ki, uşaq deyiləm, 28 yaşım var, çox normaldır. Pis bir şey etməmişəm, söyüş söyməmişəm, yüngülvari içmişəm, burda nə var ki? Tamaşaçılara bütün problemləri unutdurdum. Gəlişimlə sensassiya yaratmağı bacardım".

Məlumata görə, həmin gün aeroportda Nazilə Səfərli də olub. Sənətçi də öz növbəsində, Pərvinin bu hərəkətinə normal baxdığını deyib:

"Pərvin xanımı təyyarəyə minəndə gördüm, görüşdük. Gözlərindən halsız olduğu bilinirdi. Sonra səhər yuxudan oyandım və İnstaqramda bu videoları görüm təəccübləndim ki, sən demə bizi çəkiblər. Pərvin cavan qızdır, enerjisi çox yüksəkdir. Ona görə də buna normal baxıram. Belə də ki oynayıb da burda nə var ki? Əgər o hicabda çıxsaydı, bu məni daha çox təcübləndirərdi. Yanıma aeroportda iki qız yaxınlaşıb şəkil çəkdirmək istədilər, razılıq verdim. Ama Pərvin xanım şəkil çəkdirməyib. Yəqin elə o qızlar bu videonu yayıblar".

Milli.Az

loading...

Şərh yaz:

16 Şərh:

  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 18 Aprel 14:49243

    Haram buyrulan azı da haram sayilir İster yüngülvari olsun , ister ağırvari.Pəs yanii mende deyirem belke böhtandi serxos olan bu deyilmis .

    Cavab yaz
  • Anonim
    Adi insan · 18 Aprel 14:56331

    Hicabin adini cekmeyin.gor ne gunlere qalmisiniz ki,ictimai yerde ozunuzu apara bilmirsiniz ve buna da adi baxib haqq qazandirirsiniz.Gorun medeniyyetimize incesenetimize xidmet edenler ne veziyyete gelib cixiblar.Ona gore de efirde bele biedeb daniwmaq ve ifa etmek bunlar ucun adi hala cevrilib.Qarwida bizi hele neler gozleyir bir ALLAH bilir ve ozu dursun dadimiza.Cavanlarimiz korpelerimiz ALLAH iraq etsin yaziq gune qalmasinlar.Oz aleminde bu geliwi ile sensasiya yaradib.Sensasiya yaratmamisan eee ic uzunu olanini gostermisen.

    Cavab yaz
  • Anonim
    Teselli · 18 Aprel 15:05181

    Vallah ne problemimi unutdurdun nede gelisin sensasiya oldu.

    Cavab yaz
  • Anonim
    Men bele gulurem · 18 Aprel 15:0580

    Hihihihihihiiii.....

    Cavab yaz
    • Anonim
      Esmer · 18 Aprel 15:1910

      Gülüşünə. )))))Güldüm))))))))))))

      Cavab yaz
  • Anonim
    İdris · 18 Aprel 15:09150

    Allah sizi islah etsin.heç olmasa hicabı dilinizə gətirməyin.çünki hicab heç dilivizədə yaraşmır.o ki qaldı pərvinciklərin yanında heç hallandırmayın.

    Cavab yaz
  • Anonim
    Kamilla · 18 Aprel 15:1170

    Etin tokulsun.. Enerjisi cox olanlar....buyurun sizde))))

    Cavab yaz
  • Anonim
    Zara · 18 Aprel 15:24190

    Ümumiyyetle xanımın spirtli içki içmesi ne derece normaldı? ) ( Pervin xanımda her defe ozunu gulunc yerine qoyur...

    Cavab yaz
  • Anonim
    Roya · 18 Aprel 15:43200

    Xalqın aktirisaları oskarlıq filime çekilerek sensassiya yaradır bizimkide serxoş olub çamadanin üstünde oynaqlayıb sensassiya yaradır.

    Cavab yaz
  • Anonim
    Samire · 18 Aprel 15:5990

    Ne olsun ki aktrisa, modeldi Aktrisadi deyene icib ozunu bayaqi aparmalidi her yerde?

    Cavab yaz
  • Anonim
    Dilek❤ · 18 Aprel 16:0811

    Esssi isinde ol ....

    Cavab yaz
  • Anonim
    Qaqa · 18 Aprel 16:2170

    limon suyudu

    Cavab yaz
  • Anonim
    Zeris · 18 Aprel 17:04110

    Bunlarda bucür gündəmdə qalmaq istəyir. Amma gülünc günə dusurlər hər dəfə. İçkinin yungulu olmur. Az da olsa icmisen sə deməli içkili sayılırsan.bilmirem bunların axiri hara gedir.

    Cavab yaz
  • Anonim
    Melek b · 18 Aprel 18:0450

    Zita ve Gita filmine cekilecek yeqin prova edir)

    Cavab yaz
  • Anonim
    mehparə · 19 Aprel 09:0610

    Dəhşətli dərəcədə sensasiya oldu gəlməyin.

    Cavab yaz
  • Anonim
    mimino · 19 Aprel 11:3310

    ele de deyirki gelishimle sensasiya yaratdim problemleri unutdurdum ele bilki dahi taninmish shexsiyyetdi )))

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.