Şou-biznes

“Anası deyəndə ki, hamiləyəm, onu döydüm” - Nazpərinin qardaşı qızından danışdı

18 Aprel 2019 14:19
26 Şərh     Baxış: 8 212

Xalq artisti Nazpəri Dostəliyevanın qardaşı Ağalar Dostəliyev qızı Pərvanənin onun haqda iddialarına cavab verib.

Milli.Az bildirir ki, axşam.az-a açıqlama verən Ağalar qızının ittihamlarını əsassız sayıb:

"O, başdanxarabdır, anası dəlixanada da yatıb. Mən onu bir körpəlikdə, bir də bulvarda görüb, şəkil çəkdirmişəm. Onun anası xəstədir, oğurluq üstündə türməyə düşüb. Onlardan uzaq gəzirdim, onlara reklam lazımdır. Deyiblər ki, belə danış, səni qabağa çəkək. Ağzına gələni danışır, gah deyir qorxuram, gah deyir hamınızı öldürərəm. Mənim ailəm, oğlum var. Hamısı yanımdadır. İşdən çıxıb, evimə gedirəm".

Dostəliyev Pərvanənin anası Şəhla ilə necə tanış olmasından da söz açıb:

"Onun anasını dostumun ad günündə gördüm. Onları iki rəfiqə bir qadın gətirmişdi. Yeyib-içəndən sonra otelə getdik. Həftədə bir dəfə yanıma gəlirdi. Sonra gördüm ki, başı xarabdır, əl çəkmir. Dedim ki, yanıma gəlmə, amma gəlirdi. Bir-iki sillə vurdum, getdi məni tutdurdu. Neçə dəfə məni həbs etdirib. İndi də məndən əl çəkmirlər".

Ağalar bildirib ki, Nazpərinin bu hadisədən xəbəri yoxdur:

"Yazıq bacımın bunlardan xəbəri yoxdur, heç sifətlərini bir dəfə də görməyib. Nə onu, nə də anasını... Cavanlıqda fanatlarım var idi. Onarı bacılarımla tanış etməyəcəkdim ki? Doğrudan da, qızımsansa, atana niyə belə ləkə yaxırsan? Deyir ki, 6 yaşında ona təcavüz etmişəm. Gəlsin, görək, harada olub? Belə biabırçılıq olar? İnterpola vermişik, onu buraya gətirdəcəyik. Məni camaat tanıyır, namuslu-qeyrətli adamam. Başqasının xanımına belə baxmıram. Ana-bala ikisi də manyakdılar. 

Qızım çayxanalarda oxuyur, 3-5 manat pul qazanır. Mənim ailəm var, iki oğlum var idi, o kimdir ki, onu boynuma götürüm? Əgər mənim qızımdırsa, DNT analizinə gedək. Bir həftədi görüşürdüm, anası dedi ki, səndən üç aylıq hamiləyəm. Ona görə, anasını döydüm, qovdum. Məni məhkəməyə çağırdılar, amma DNT analizi etmədilər. O vaxtı prokuror var idi, dedi ki, sənin soyadını verirəm ona. Prokuroru söydüm ki, soyadımı qıza vermə. Məndən sonra soyadımı ona veriblər".

Pərvanəni həyatında cəmi iki dəfə gördüyünü deyən Dostəliyev onun "Azəri star"dakı iştirakından da danışıb:

"Anası evini satıb, 1400 dollar İlhamə Quliyevaya pul verdi ki, onu "Azəri star"a keçirsin, İlhamə dedi ki, sənin səsin yoxdur. Dünən ona zəng vurdum, dedim ki, camaat məni yaxşı tanıyır, böhtan atma".

Qeyd edək ki, Pərvanə Dostəliyeva açıqlamasında 6 yaşında atası tərəfindən dəfələrlə cinsi zorakılığa məruz qaldığını, bibiləri Nazpəri və Zeynəb Dostəliyevanın onun həyatını məhv etdiyini deyib.

Milli.Az

loading...

Şərh yaz:

26 Şərh:

  • Anonim
    ded · 18 Aprel 14:3461

    Nə bilim Vallah......

    Cavab yaz
  • Anonim
    qonaq · 18 Aprel 14:45261

    hec olmasa muhasibe verende bacilarinnan daniw sozuvuz bir olsun)

    Cavab yaz
  • Anonim
    Seymur · 18 Aprel 14:49212

    Qaş göz bibinindi. Hec dnk ya ehtiyac yoxdu. Amma exlaqı şübhelidi. Normal qız bele elemez

    Cavab yaz
    • Anonim
      asi · 18 Aprel 15:04210

      Oğul dayıya, qız bibiyə oxşayar..Sizin qeyd etdiyiniz ikinci nüans daxil)..

      Cavab yaz
    • Anonim
      KMV Seymura · 18 Aprel 15:35150

      Exlaqina nece qiymet vere bildin maraqlidir,eger senin dediyin kimi exlaqi subhelidirse onunda gunahi ata ve bibilerindedir.Ne qeder inkar etselerde onlarin genindendir namuslari qeyretleridir.eger bu sozlerin mahiyyetin ozleri derk edirlerse

      Cavab yaz
  • Anonim
    Gunka · 18 Aprel 15:04171

    Men bu qizi azeristarda oxuyanda taniyirdim ozumde musiqiciyem bu qizi ordan uzaqlawdirdilar hami bilirdi Nazperinin qardawi qizidi qiz yalan demir eger biyabr edendise o vaxti eleyerdi.zeynebnen wekilleri var buda subutudu mence cox eziyyet zulum veribler ailesine

    Cavab yaz
  • Anonim
    55 · 18 Aprel 15:18165

    Nazpəri xanım qız sənin dublkatındı danmaki xəbərim yoxdu. qaldı ki, şərə qətiyyən inanmıram ata qızına elə bir hərəkət etsin döyər söyər ama təcavüzə inanmıram

    Cavab yaz
  • Anonim
    KMV · 18 Aprel 15:28250

    Bunlar baci qardas ne iyrenc sohbet edir, ozlerin haqli cixartmaq ucun,,insanliga yarasmayan.Her harda tanis olmusansa senindir qiz,sahib cixmaliydiz elbetdeki vaxtinda indi gecdir

    Cavab yaz
  • Anonim
    zxc · 18 Aprel 15:35132

    Pərvanə xanim tam duz duz deyir yazıgı bu dünyada yandiriblar iki yanir görun şu də analizdi

    Cavab yaz
  • Anonim
    6 hiss · 18 Aprel 15:40260

    Sen nece namuslu qeyretli kisi olmusanki bir qadinin heyatini mehv etmisen bir de genc qizin namuslu kisi otele qadin aparib heyatini korlamaz.Qiz da senin qizindi bibilerinin eynisidi basqa seylere gerek yoxdu genc qizin heyatin puc etmisiniz psixolojisin pozmusunuz yazixlar olsun size hele utanmadan danisir

    Cavab yaz
  • Anonim
    r. · 18 Aprel 15:57141

    Bu kiwi na sarsam sarsam daniwir.hamila dediyina gera xasta qadini deyub .2insan taleyini mahv edib.hala sez tapir daniwmaqa.Daniwa bilmirsan.hec olmasa sus.

    Cavab yaz
  • Anonim
    zaman · 18 Aprel 16:01121

    Maraqlıdıki bu kişi necə də özünə güvənli deyir ki,DNT analizinə gedək.Ən yaxşısın Allah bilən məsləhətdi

    Cavab yaz
  • Anonim
    Samire · 18 Aprel 16:3992

    Ish orasindadir ki, bu qadin da Nazperiye oxshayir. Bele baxanda qizi anasina oxsatdim.

    Cavab yaz
  • Anonim
    Samire · 18 Aprel 16:56313

    Pervanedi kimdi musahibesini oxudum ve qetiyyen inanmadim ona.nece yeni maqazine dushe bilmirmish,guya qorxurmush ki nese pislik edecekler. Yalan danishir. Ushaq aldadir ele bil.

    Cavab yaz
  • Anonim
    Gün kimi · 18 Aprel 17:0192

    Bu yaziq qizi cixmaqla, Dosteliyevler dehşetli adamlardi...

    Cavab yaz
  • Anonim
    Noname · 18 Aprel 17:14131

    bu kisi dogrudan da kucelerde qalir,bir defe onu taniyan adam gosterdi ki nazperinin qardasidi, bu daha cox alatava tereflerde sefil heyat surur,samaxinkadan saga donende,zibillik eshirdi. tez tez orda gormek olar bunu. indi yeqin bacilari tapib getirib musahibe verdiribler ozlerini mudafie etmek ucun.

    Cavab yaz
    • Anonim
      Niku · 19 Aprel 10:4320

      Siz düz yazirsiniz. Bu kişini 2 alatavada içkili veziyyetde çox gormüşəm. Pis gündə gəzir.

      Cavab yaz
  • Anonim
    lamiye · 18 Aprel 17:3190

    birinci senin "kisiliyin"onda bilindi ki qadina el qaldirmisan ikinci "kisiliyinide"qizin dedi daha

    Cavab yaz
  • Anonim
    aea · 18 Aprel 17:3932

    Hər şeyə son DNT qoyaCAQ

    Cavab yaz
  • Anonim
    Ulduz ay · 18 Aprel 18:0390

    Pervanenn dediklerini deye bilmerem,amma hec kimin soy adini hec keme bos yere vermezler.

    Cavab yaz
  • Anonim
    Sovet vətəndaşı · 18 Aprel 18:1990

    Bu nə düşük söhbətlərdi? Bu corab toxuyan arvadların qeybətidir, kişi söhbəti deyil. Nə vaxtsa kef edib uşaq düzəldibsən. Sahib çıxa bilməmisən heç olmasa dilini dinc qoy. Prokuror sənin soyadını zorla verdi qıza? Prokurorun işi gücü qurtarmışdl elə. Qədimlərdə əsl kişinin boğazına ilan bağlayardılar, ama ağzından söz alammırdılar. Belə kişilərin ama boğazına ərinmiş qurğuşun tökərdilər.

    Cavab yaz
  • Anonim
    mamed · 18 Aprel 18:2826

    3 qiz kimi kiminse qabaginda cilpaq oyunuyub cinsi elaqede olub 6 aydan sonra deyecek ki senden hamileyem sonra?

    Cavab yaz
  • Anonim
    anonim · 18 Aprel 18:31131

    Tamamile dogrudur.Hele bele bir deli olmayib ki ,sebebsiz yere oz soyadini kimese versin,Odur ki mugenniler hele cox yalan ,daniwib ,don geydirib , ort -basdir edecekler,.Axi biz azerbaycanliyiq ,millete xas xususiyyet......Nazperinin de xatirinde olar onu da aeroportda doymuwduler iller once ele aileli kiwiye gore.....Indi ne boyununa alar, ne de etiraf eder.Qadinin daniwiginda inandirici faktlar var,

    Cavab yaz
    • Anonim
      Sovet vətəndaşı · 18 Aprel 19:07101

      O dediyiniz ailəli kişi məşhur adamdı. Mən də eşitmişəm o söhbəti.

      Cavab yaz
  • Anonim
    Xxx · 18 Aprel 18:53110

    Eger senin qizin deyilse day o sekilleri niye cekdirmeye razi olmusan.Hele ustelik hamile oldugunu esitdiyinde qadini doyub,hebse de dusmusdun.Dediyine gore

    Cavab yaz
  • Anonim
    b · 19 Aprel 13:1010

    kişi ol.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.