Şou-biznes

Mirana bənzədilməsi Elçini əsəbiləşdirdi - VİDEO

17 Aprel 2019 19:39
11 Şərh     Baxış: 1 941

Müğənni Elçin Cəfərov Türkiyənin ATV kanalında yayımlanan "Hercai" serialındakı Miran obrazına bənzədilməsinə münasibət bildirib. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, sənətçi bu halın onu əsəbiləşdirdiyini söyləyib:

"Şlyapa qoyursan Kənan Doğulu, saçını yuyub çıxırsan Miran deyirlər. Necə olacaq bizim axırımız? Saqqal formasını dəyişirsən deyirlər ki, Tarkana bənzəyir. Bir sözlə, özümüz ola bilmirik. Qonaqpərvərik - başqalarını çox sevməyi xoşlayırıq. Şokoladın ən yaxşısını qonağa veririk. Bu, çox pisdir. Düzdü, məni narahat etmir. Amma özümüzə dəyər verməyi bacarmırıq, budur məni narahat edən. Mən olmayım, başqa sevilən müğənni olsun. 17 yaşımdan bəri sənətdəyəm. Bu sənətə canımı qoymuşam, sizin xoşunuza gəlmək üçün müəyyən pillələrdən keçmişəm, işlər gömüşəm. Amma bu reaksiyalar məni narahat edir. 

Niyə biz özümüzü sevmirik? Saç, saqqal tərzini dəyişmək normal haldır. Məni sizin yazdıqlarınız narahat edir. Hər insan özüdür. Sənətçi birə-bir özünə tərz seçmir. İstedadı olur, görür-götürür. Başqa ölkələrin müğənnilərinə baxır, geyim tərzi, oxumaq stilini də götürə bilər. Bizim qanımızda muğam axır, amma oxu tərzim popdur. Geyimi də başqa ökələrdən götürürük. Türkiyə Avropadan, biz Türkiyə və Avropadan götürürük. Mənim İtaliya xoşuma gəlir. Məni narahat edən budur ki, niyə iki gündür çıxmış aktyora illərimizi qurban verirsiniz? Miran indi məşhurdur, Burak Özçivit ondan əvvəl gündəmdə idi... Sabah başqası olacaq. Onda belə çıxır ki, kim çıxsa biz özümüzünküləri qurban verək? Sevmirsiz bizi? Özümüzə dəyər verək, sevək. Yenə yazacaqlar Miran... Elçin, Elçin Cəfərov". 

Qeyd edək ki, müğənninin Miran obrazına bənzədilməsinə səbəb onun etdiyi imici dəyişikliyi və həmin ərəfədə serialın populyarlaşmasıdır.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Mirana bənzədilməsi Elçini əsəbiləşdirdi

loading...

Şərh yaz:

11 Şərh:

  • Anonim
    19:48 · 17 Aprel 19:4540

    Sene qulaq asdim savadim artdi .. )))

    Cavab yaz
  • Anonim
    ~~~ · 17 Aprel 19:5580

    Bənzədilməsi yox bənzədilməməsi əsəbiləşdirər.

    Cavab yaz
  • Anonim
    cavab · 17 Aprel 20:3450

    ay elcin, senki semimi insansanEger istemirdinse imenni o terzden istifade etmeki benzemeyesenCox eledirSebnem gedib Sibelcanin bir fotosu uzerinde zehmet cekib ozunu ona oxsadib,efire cixibki meni coxlari Sibelcana benzedirBunlorin coxu paddelkadi

    Cavab yaz
  • Anonim
    guıgul · 17 Aprel 20:4640

    duppeduz sobet..turkler ozleri, xarici mugenniıerden goturur herşeyi, ama birdefede olsun, oz mugennilerni kimlerese oxşatmirlar, ozlerini ele gorsedirlerki guya bu imic eıe bularinki olub evvelden, .ama biz bambaşqayig coox teessuf,...

    Cavab yaz
  • Anonim
    BK · 17 Aprel 20:4881

    Bunu hec kim benzetmeyibe ozu ozune deyir ki bizde oxsarliq var deye

    Cavab yaz
  • Anonim
    Dəniz · 17 Aprel 21:0447

    Heç oxşamır.Miran eybəcərdi.Elçin amma yaraşıqlıdı.Elçini ona oxşatmayın.

    Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 17 Aprel 21:20610

    500 qram ariqladim. Menim nenemi tocno Gitanin Zitanin tyotyasina oxsadiriq Badrinarxin arvadina. Halindan coxx memnundu ne olsunnnn))))))))))

    Cavab yaz
  • Anonim
    1988Jale · 17 Aprel 23:2030

    Hecde oxsamir

    Cavab yaz
  • Anonim
    Oxucu · 18 Aprel 12:4220

    Buna vapwe kim deyibe sen mirindadi nebilim mirandadi nedi ona oxwuyursan?? Onu buna deyenin gozderi kasoydu yeqin

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.