Şou-biznes

Nağılbazın atası gəlininə: Onlara ev verməyəcəyəm

17 Aprel 2019 14:54
9 Şərh     Baxış: 4 220
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mərhum reper Anar Nağılbazın atası Rizvan Cəbiyev keçmiş gəlini Anjelikaya ev verməyəcəyini açıqlayıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, R.Cəbiyev "Şou news" verilişinə açıqlamasında deyib ki, nəvələrinə ev verməyə imkanı yoxdur:

"Məcbur deyiləm sənə ev verim. Kimsəni məcbur edir ki, şəhərdə qalasan? Tək dərdi ev almaqdı. Onun Anara da sağ olanda təzyiqi ancaq ev idi. Qanunla Anarın valideynlərinin onun qarşısında öhdəliyi yoxdur. Ev vermək bizim vicdanımızdan asılıdır.

Anjelika Qusarın kəndindən gəlin gəlib. Hamı ailəsi dağılanda atasının evinə qayıdır. Qayıt atanın evinə. 3 oğlum var, hazırda bir evdə 3 ailə yaşayırıq. Evimi satıb, bu ailəni çölə ata bilmərəm.

Məktəb paltarların alıram, gücüm çatan qədər nəvələrimə kömək edirəm. Mənəvi borcumdur, edəcəm də".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.