Şou-biznes

Rəşaddan Nuraya cavab: "Diski köhnədir, yalan danışmasın"

17 Aprel 2019 13:39
10 Şərh     Baxış: 2 614

Əməkdar artist Rəşad İlyasov müğənni Nura Surinin onunla bağlı ittihamlarına cavab verib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, sənətçi həmkarının "Toyda Rəşadın işçiləri mahnımı kəsdilər" iddiasını qəbul etmədiyini deyib:

"Belə bir şey ola bilməz. Gəldi ifa etməyə, əvvəl bilmədik nə oxuyacaq. Gördük mahnısı kəsildi, ikinci dəfə kəsiləndə yaxınlaşdım. Bəyin anası dedi ki, problem var, kömək edəK? İnsanlarda bizi gözləyirdilər. Səs rejissoru dedi, disk işləmir. Nuraya dedim canlı oxuyaq, oxuduq. Pis alınmadı. Musiqiçilərim də onu müşayiət etdilər. Hətta Nura xanımın fonoqramı bitmişdi, onun tonallığında ifa etdik. İnsanlara dedim ki, ekspromt idi, necə alındı? Hamı dedi, əladır. 

Gedəndən sonra gördüm belə bir şey yazıb. Heç bir sənət dostuma belə bir şey etmərəm. Bir ifaçı ilə aram yox idi, amma məclisdə onu təqdim etdim. 

Nura xanımın yazdığı statusdan sonra səs rejissorumdan soruşdum, dedi, onun mini diskini gətirdilər. Taxdıq "eror" yazdı, Nuraya dedik, amma qayıtdı ki, bizlikdi, taxın. Nura xanımın köməkçisi deyib ki, iPad-lə oxuya bilmərik. Onun ucbatından, diski köhnə olduğu üçün baş verib. Yalan danışmasın. Musiqiçilər də, mikrofon da oradadır, ürəyi istəyirdi oxuyardı. Orada ən yüksək səviyyəli aparatlar var idi, heç kimin boynuna atmasın. Rəşadın işçisi bunu hansı haqla edə bilər?". 

Qeyd edək ki, Nura Rəşadın ünvanına "Bax belə alçaqlıq edirlər müğənnilərə qarşı. Elə bilirsiz asandır belə əclafların arasında baş çıxarmaq. Rəşad İlyasovun işçisidir. İki dəfə mahnımı kəsdirdi. Yaxşı ki, çəkib göndəriblər, özüm şahidi oldum. Sonra da gəlib ki, canlı oxuyaq. Öz tonallığında oxutdurdu məni. Yaxşı ki, əsəbiləşmədim və belə hallara hazıram" sözlərini deyib.

Milli.Az

loading...

Şərh yaz:

10 Şərh:

  • Anonim
    Papatya · 17 Aprel 13:46131

    Bu Nura toyda ne oxuyur ki, bunu cagirirlar? Bir iki mahnisi var efirlerden esitdiyim ondan da nese başa duşmurem.

    Cavab yaz
  • Anonim
    .. · 17 Aprel 13:5450

    Vah yazık günahını almışsın çocuğun.

    Cavab yaz
  • Anonim
    SVN · 17 Aprel 14:0870

    Hami.Rewad emekdar artist adi alannan sonra bawladi onu dawqalaq elemeya paxilliqdan.

    Cavab yaz
  • Anonim
    Dəniz ləpəsi · 17 Aprel 14:33110

    Nura səsivin olmadığını sən özün daha yaxşı bilirsən..Niyə uzadırsan e?

    Cavab yaz
  • Anonim
    Roya · 17 Aprel 14:3950

    İki terefin dediklerini oxuyandan sonra Nurlanin sehv dediyini ve ya hehv anladığını düşünürem.

    Cavab yaz
  • Anonim
    Gunka · 17 Aprel 14:5670

    Nura eger gucun ve sesin var idise canli oxuyardin ciddi deyirem mene cox maraqlidi kimdi o ev yiyesi seni toyuna cagirib

    Cavab yaz
  • Anonim
    xose · 17 Aprel 15:3850

    Nura hara toy hara.gunah rashadadiki onunla bir yerde oxuyur

    Cavab yaz
  • Anonim
    qonaq · 17 Aprel 16:4220

    ogru ele bagirdi ki...)))

    Cavab yaz
  • Anonim
    5555555 · 17 Aprel 16:5740

    Nura besdir oynadin.Sesin yox öz günahini özgelere ünvanlama.Vicdanina sahib ol.Reşad ele şeylere el basan insan deyil

    Cavab yaz
  • Anonim
    SZN · 17 Aprel 21:5510

    Ag qara leke goturmur,Rashad cox duzgun insandi ,paxilig8nizi gizlede bilmirsiniz,ozunuzu biabir etdiz,hami gordu ki siz Rashada paxillig edirsiz.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.