Şou-biznes

"Nə qədər cahil millətimiz var" - Şəbnəm - FOTO

17 Aprel 2019 00:32
26 Şərh     Baxış: 5 532
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Hüseynova bacıları" verilişində Amerikanı Avropanın paytaxtı adlandıran müğənni Şəbnəm Tovuzlu ona irad bildirən izləyicisinə sərt cavab verib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, İnstaqramda verilişdəki situasiyanı ona xatırladan istifadəçinin "özünüzü biabır etməyin, ayıbdır" sözlərindən sonra Şəbnəm belə reaksiya göstərib:

"Gör sənin kimi nə qədər cahil millətimiz var. Bu, səhnəarxası bir zarafat idi. Amma yaxşı ki, saytlar sizin kimi cahillərin başına torba hörüb hər şeyə inandırır".

Xatırladaq ki, ARB TV-də yayımlanan verilişdə müğənni Avropa ölkələrini tanımamış, Amerikanı Avropanın paytaxtı adlandırmışdı.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.