Şou-biznes

"Zahid Sabirabadlının yolunda nə lazımdırsa etməliyik"

16 Aprel 2019 15:04
1 Şərh     Baxış: 2 385

Əməkdar artist Yusif Mustafayev uzun müddət birlikdə çalışdığı mərhum klarnet ifaçısı Zahid Sabirabadlını məzarüstü abidəsinin götürülməməsindən danışıb.

Milli.Az xəbər verir ki, müğənni "ölkə.az"ın əməkdaşı ilə söhbətində bildirib ki, məzarüstü abidənin hazırlanması üçün lazım olan vəsaitin bir hissəsini üzərinə götürməyə hazırdır:

"Zahid elə-belə oğlan olmayıb, böyük sənətkar olub. Allah ona rəhmət eləsin. Kimsə qabağa düşüb belə bir təklif versə, mən də gücüm çatandan kömək etməyə hazıram. Əgər kömək etməsəm, Allaha xoş getməz. Biz onun yolunda nə lazımdırsa etməliyik".

Qeyd edək ki, Zahid Sabirabadlı ötən ilin dekabr ayının 18-də vəfat edib. Məşhur musiqiçinin məzarüstü abidəsi hələ də qoyulmayıb.

Milli.Az

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Gunka · 16 Aprel 15:1160

    Yolunda elemelisense elede niye deyirsen gerek komek ola?bir gunluk toy pulundu.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.