Şou-biznes

"Ağamirzə məni narkoloji dispanserə yerləşdirdi" - Tanınmış meyxanaçının səhhəti pisləşdi

15 Aprel 2019 16:34
6 Şərh     Baxış: 3 789

"Mətbuatın məni yada salmağı, axtarmağı mənəvi şəfayətdir. Bir az xəstəxanada yatdım, gördüm ki, ora mənlik deyil. Ağ ciyərimdə nəfəs çatışmazlığı var, bronxial astmadan əziyyət çəkirəm. Yol yeriyəndə, oturduğum yerdə təngənəfəs oluram. Həm də Aydının ölümünü eşidəndə psixi sarsıntı keçirmişdim. Ondan sonra üç gün vəziyyətim çox ağır oldu".

Milli.Az Ölkə.az-a istinadən bildirir ki, Mahir Cürət ad çəkməsə də, bəzi insanlardan gileyli olduğunu da gizlətməyib:

"Müəyyən şeylər var ki, insan dilinə gətirə bilmir. Aydın ölənə qədər yanında ölən mən... Yerdə qalan hər kəs özü bilər. Aydının dərdini mən bilirdim, sonra hamı özünü dost kimi təqdim etdi. Aydının mənə vəsiyyəti də olmuşdu. Amma bunu açıqlaya bilmərəm. Heç bir həmkarımdan narazı deyiləm, hamının da xətrini istəyirəm. Həmkarlarımdan mənimlə daha çox Ağamirzə maraqlanır. O, bizim hamımızın ustadıdır, xətrini çox istəyirik. Yeganə adamdır ki, onu ustad kimi qəbul edirik". 

Söz ustadı bildirib ki, Ağamirzənin sayəsində bir müddət öncə Maştağadakı narkoloji dispanserə yerləşdirilibmiş:

"Anam Ağamirzəyə zəng vurmuşdu ki, Aydından sonra Mahirin vəziyyəti daha da pisləşib. Ağamirzə də Maştağadakı narkoloji dispanserlə danışmışdı. Orada da üç gün qaldım. Çünki həmin dispanserdə həddindən artıq ağır xəstələr müalicə olunur. İndi də dərmanlarımı qəbul edirəm. Yeni səs yazıları hazırlayıram, inşallah, sağalıram". 

Qeyd edək ki, Mahir Cürət ANS-in təşkil etdiyi ilk "De, gəlsin!" meyxana müsabiqəsinin laureatlarından olub. 

Milli.Az

loading...

Şərh yaz:

6 Şərh:

  • Anonim
    Alimardan · 15 Aprel 17:01128

    meyxana özüdə xestelikdir, özüdə narkotikle elageli xestelikdir. meyxana narkotikdende tehlukeli xestelikdir! narkotik ozunu ve bir nece ətrafını zarazit eliyer. amma meyxana butov bir cəmiyyəti, xalgi pis günə goyur!!!!

    Cavab yaz
    • Anonim
      delisov · 15 Aprel 18:5792

      niye en cox bu zibile meyxanacilar meyillidi cox maraglidi

      Cavab yaz
  • Anonim
    Bakinec · 15 Aprel 18:3356

    Meyxana neynesinki eger wair narkomandir. Meyxana bizim milli foluklorumuzdu. Bizim qedimi meyxana ustadlarimiz olubki adlarinida çəkə bilərəm onlar qəti narkotikə meyilli olmayiblar. Misal icin ( nizami rəmzi, agasəlim çiıdaq? elçin, molla məmməd, və.s ) Xaiş edirəm meyxanani narkotiklə bir tutmayin.

    Cavab yaz
  • Anonim
    6hiss · 15 Aprel 20:2731

    Mahir men oxudugum mektebde oxuyub cox istedadli insaniydi qoyun otarmaga gedirdi ele gozel qafiye deyirdi ki biz heyetden esidirdik amma sevgisi alinmadi sevdiyi qiz basqasina getdi ona gore pis yola dusdu

    Cavab yaz
    • Anonim
      Alimardan · 15 Aprel 21:2926

      yaxşı yaxşı! sevgiyə bir bax. onun sevdiyini təzədən sevmək lazimdir.

      Cavab yaz
  • Anonim
    Anonim · 15 Aprel 23:5120

    Allah komeyi olsun

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.