Şou-biznes

Tünzalədən sonra Xatirə və Natavanla barışdı

15 Aprel 2019 16:44
0 Şərh     Baxış: 2 218
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müğənni Xatun Əliyeva bir çox küsülü olduğu həmkarları ilə barışıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, sənətçi ilk olaraq əməkdar artist Tünzalə Ağayeva ilə küsülülüyə son qoymasından bəhs edib:

"Səhnədə idik, gözəl ab-hava var idi. İkimizin də əhvalı yaxşıydı. Pənah Eldaroğlunun (Xatunun köməkçisi - red.) Yalçınla (T.Ağayevanın prodüseri - red.) gözəl münasibəti var. Bu barışığa da səbəb o, oldu".

Xatun müğənni Natavan Həbibiyə də barışıq əli uzadıb:

"Natavan Həbibi ilə də özümü küsülü hesab etmirəm. Fikirləşirəm ki, sağ-salamat ana olsun, onu təbrik edərəm. Dua da edirəm ona".

Sənətçi həmkarı Xatirə İslamla da barışıb. Xatun bildirib ki, küsülü olduğu bir neçə sənətçilərlə də barışacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.