Şou-biznes

Rəqsanənin anası Türkiyədə ağır əməliyyat olunacaq

14 Aprel 2019 16:32
13 Şərh     Baxış: 3 123
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Ana kəlməsi mənim ən həssas yerimdir. Onsuz həyatı təsəvvür belə edə bilmirəm".

Milli.Az Axşam.az-a istinadən bildirir ki, bu sözləri müğənni Rəqsanə İsmayılova İnstaqram səhifəsində yazıb. Sənətçi bildirib ki, anası bu gün əməliyyat olunacaq:

"Hazırda anam Türkiyədə çətin bir əməliyyata hazırlanır. Ürək əməliyyatı olacaq. Allahıma yalvarıtam, anamın nəfəsini bizə çox görmə. Anam bizim dünyamızdır. Zəhmətkeş, hər əzaba dözən, bizə görə qara saçını ağ edən anam... Bu günə qədər qaldırdığın yükü, çəkdiyin dərdlərə hansı ürək dayanardı ki... Anam bizim həm atamız, həm anamız olub. Boğazımda sözlər düyünlənib, Allah köməyimiz olsun".

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.