Şou-biznes

“Məni qayınana olmağa tələsdirirsiniz”

10 Aprel 2019 16:10
3 Şərh     Baxış: 2 426
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müğənni Roza Zərgərli tədbirlərin birində görüntülənib.

Milli.Az xəbər verir ki, axşam.az-a danışan ifaçı əsgərlikdə olan oğlu Corcun evlənəcəyi barədə çıxan xəbərlərə münasibət bildirib:

"Hələ qayınana olmuram, siz isə məni tələsdirirsiniz. Hələ oğlum əsgərlikdədi, kariyerasını qurmalıdır. Sevdiyi, "hə"li olduğu qız var, gəlsin, görək nə olur. Üç ayı qalıb. Hələ toy yoxdur".

Zərgərli bildirib ki, toya şou-biznes əhli dəvət ediləcək:

"Sözsüz ki, çiyin-çiyinə çalışdığım sənət yoldaşlarım da o toyda olacaq. Oğlum işinə başlasın, hamını çağıracam".

Qeyd edək ki, Rozanın Bənövşə adlı bir qızı, övladlığa götürdüyü Corc və Jerard adlı iki oğlu var. Corc aktyorluq edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.