Şou-biznes

Azərbaycanlı aktrisanın sevişmə səhnələrinin olduğu film təqdim edildi - VİDEO

4 Aprel 2019 11:40
31 Şərh     Baxış: 19 397
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ötən gün "Dalan" filminin təqdimatı baş tutub.

Milli.Az axşam.az-a istinadən bildirir ki, baş rollarında Sevinc Əliyeva və Ziya Ağanın oynadığı ekran işi sevişmə səhnəsi ilə diqqət çəkib.

Azərbaycan milli mentalitetinin ağır tərəflərinin əks etdirildiyi filmin qəhrəmanları özündən yaşca böyük şəxslərlə ailə quran Arzu və Yusifdir.

İllərdir iş adamı olan ərinin əsarətində yaşayan, universitet bitirsə də, bir çox azərbaycanlı ailələrdə olduğu kimi "ər çörəyi"nə məhkum edilən Arzu sıxıcı evlilik yaşayır. Əri onu başqası ilə aldadır, ona evdə qulluqçu kimi yanaşır. Sevinc Əliyeva canlandırdığı obrazla sadə azərbaycanlı xanımını gözəl şəkildə canlandırmağı bacarıb. Səs tembri isə buna tam icazə verib.

Yusif isə az qala anası yaşda olacaq bir qadınla evlidir. Bu obrazı isə Münəvvər Əliyeva canlandırıb. O, digər obrazlarına nisbətən, daha zəif aktrisa oyunu ilə tamaşaçıların qarşısına çıxıb.

Ziya Ağanın həyat verdiyi Yusif isə təhsilli, arvadının sayəsində nüfuza sahib olmuş bir şəxsdir. Qorxaq biri olsa da, qonaq olduğu evdə Arzunun təlatümlü, ürkək və həbs olunmuş halı onu cəlb edir.

"Dalan"da ən diqqətçəkən səhnə isə Ziya Ağa və Sevinc Əliyanın sevişmə səhnəsidir. Yetərincə, cəsarətli addım atan aktyorlar sözügedən səhnədə sünilik nümayiş etdirməyib, tamaşaçıya eyni hissləri ötürə biliblər.

Ziyanın canlandırdığı obrazın hadisələrin bir neçə gün ərzində cərəyan etməsinə baxmayaraq, əynindən açıq mavi rəngli köynəyi çıxarmaması da geyim rəssamının işə səthi yanaşmasından xəbər verib.

Filmdə Rasim Cəfər qısa rolunu çox uğurla ifa etsə də, onların oynadığı səhnələr filmdə yamaq kimi görünüb. Həyatın bumeranq olduğunu əks etdirməyə çalışan Səbinə Əhmədlinin yazdığı bu səhnələr "Sırlar dünyası"nı xatırladıb.

Ekran işində "Aşkı memnu", "Sen anlat Karadeniz" kimi serialdan bəhrələnmələr olsa da, filmin rənglənməsi, operator işi də yerindədir və qənaətbəxşdir.

Filmin verdiyi sosial mesaj isə ailəyə hər zaman diqqət və qayğı göstərməyin lazımlı olması, bəzən güvəndiyimiz şəxsləri yanlış seçməyimiz və diqqətli olmağımızdır. 

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Sevinc və Ziyanın sevişmə səhnəsi diqqət çəkdi

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.