Tanınmış radio aparıcısı Tural Yusifov Murad Arifin Yutub layihəsi olan "Popumuz var"a qonaq olub.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, o, proqramda sosial problemlərdən, mentalitetdən, televiziyadakı vəziyyətdən danışıb.
Bundan əlavə, T.Yusifov efirdə gəlinlərin belinə qırmızı lent bağlanması ənənəsinə də münasibət bildirib: "Bu, tayfaçılığın əlamətidir. Tayfa xasiyyətidir. Göyə 3 güllə atılmalıdır, biri yarımçıq açıldısa, deməli, problem var. Təsəvvür edirsiz, həyat yoldaşınla toy günü tək qalmaq istəyirsən, amma qapının ağzında kimsə səni gözləyir. Orta əsrlər düşüncəsidir. Mənim həyat yoldaşımla olan münasibətim mənim münasibətimdir, heç kimə aidiyyəti yoxdur. Gəlinlərin belindən qırmızı lenti birdən- birə çıxarmaq mümkün deyil. Elmi artırmaq lazımdır, bizdə elm yoxdur. Biz bu məsələyə elmlə yanaşsaq, hər şey qaydasına düşər".
Tural layihədə Zaur Baxşəliyev daxil olmaqla, əksər aparıcıların proqramlarını tənqid edib: "MTRŞ-nin sonuncu irad bildirəcəyi radioverilişi "Manpası"dır. Münasibət bildirmək istəyirlərsə, birinci Space TV-dən başlamaq lazımdır. Bundan başqa, aparıcı əlində xortum kiminsə silikonunun olub-olmadığını yoxlayır. Bu, saat 18:00-19:00 arasında baş verir. İnsanların şəxsi həyatı efirlərdə müzakirə edilir. Şəxsi həyata müdaxilə olmaz. Bu, jurnalistika deyil.
Şəxsən mən Zaur Baxşəliyevin 7 gün veriliş aparmasını başa düşmürəm. Həftənin 5 günü ağlaşma, həftəsonu isə səhər verilişi aparır. 7 gün işləmək olmaz. Aparıcı ixtisaslaşmalıdır. Şərt odur ki, hamı ağlaşsın? İnsanlar çıxış yolunu Zaurda axtarmalı deyillər. Sosial problemləri göstəririk, amma Zaur Baxşəliyevin verilişi olmamalıdır. Ya xəstəliyi müalicə et, ya da get, Hüseyn Dəryanın məzarını qaz".
Milli.Az