Şou-biznes

“Sənin verilişində nə itim azıb?” - Afətlə Roza arasında sosial şəbəkə qalmaqalı

26 Mart 2019 11:54
18 Şərh     Baxış: 5 067
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Afət Fərmanqızının ətrafında baş verən qalmaqallara yenisi əlavə olunub. Belə ki, bu dəfə müğənni Roza Zərgərli ilə onun arasında qalmaqal baş verib.

Milli.Az "ölkə.az"a istinadən xəbər verir ki, əvvəl Roza video çəkərək, Afətin xalq artisti Flora Kərimovanı təhqir etdiyinə görə üzr istəməyinin vacib olduğunu bildirib.

Buna cavab olaraq Afət Fərmanqızı öz instaqram səhifəsindən canlı efirə çıxaraq Rozaya "Roza, sən mənə fikir bildirəcək ən son adamsan" deyə cavab verib.

Bu cavab iki sənətçinin arasında olan qalmaqalı daha da qızışdırıb. 

Daha sonra ikinci tərəf öz sosial səhifəsindən video paylaşaraq "Sənin kimi ucuz ifaçıları, efirimə qoymuram" fikrini bildirib.

Qeyd edək ki, Roza Zərgərli ATV kanalında müəllifi olduğu "Bakı vaxtı ilə" ədəbi-bədii, musiqili verilişinin aparıcısıdır. 

İki xanım arasında qalmaqal bununlada bitməyib. Bundan sonra xanım sənətçi  yenə də sosial şəbəkə hesabından istifadə edərək Roza Zərgərlinin keçmiş fotosunu paylaşaraq bu sözləri əlavə edib:

"Bakı vaxtı ilə" verilişi efirdədir. Tolik, bu o dərəcədə irəli gedib ki, öz aləmində sənə dərs keçmək istəyir. Mənə də  həşarat deyir və sənin kimiləri verilişimə qoymuram deyir. Mən Azərbaycan teleməkanında ən reytinqli verilişlərdən olan, Tolikin verilişinə çıxan müğənniyəm. Sənin verilişində nə itim azıb? Tolik, bu həşarat, sənin verilişində olan maşın məsələsinə də hətta dil uzadır (veriliş aparıram deyir, yazdığı yazıda 12 qrammarik səhv tutdum). Gəl canlı oxuyaq, qaçacaqsan söhbətimdən bilirəm. Gəncədəki toyda necə oxudunsa, o toyun xınasını ev sahibi sənə demisdi, əlindən alıb mənə verdi.  Bax o yaman yandırıbaa".

Bununla da kifayətlənməyən sənətçi məşhur prodüser və "Xəzər" televiziyasında "Hər şey daxil" verilişinin aparıcısı Tarix Əliyevi (Tolik) də münaqişəyə cəlb edərək üç tərəfli qalmaqal yaradıb.

Xatırladaq ki, F. Kərimova ARB TV-də yayımlanan verilişlərin birində Afətin ifasını tənqid etmişdi. Fərmanqızı isə öz növbəsində xanım sənətkarın "Qaynana" filmindən olan fotosunu paylaşaraq "Bu vannadakı şəklinizi görəndən sonra ağlım başımdan çıxdı. Bir də ayıldım ki, qəzəli hind melodiyası ilə oxumuşam. Qısacası, günah sizdədi. Siz bu vannaya uzanmasaydınız, mən də qəzəli o cür oxumazdım. Mənim belə şəklim olsa, vannamı başıma aşırtmışdınız" sözlərini yazaraq, onu lağa qoymuşdu.

Bu sözlərdən sonra sənət aləmi xalq artisti Flora xanımı müdafiə edənlər və Afətə dəstək verənlər olmaqla iki yerə bölünüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.