Şou-biznes

“Bayaqdan əl-ayağım əsir” - Namiq Aydının vəfatından yazdı

24 Mart 2019 13:38
10 Şərh     Baxış: 5 479

Xəbər verdiyimiz kimi, tanınmış meyxana ustası Aydın Xırdalanlı (Aydın Quliyev) uzun sürən ağır xəstəlikdən sonra ötən gün dünyasını dəyişib.

Milli.Az-ın baku.ws-ə istinadən məlumatına görə, onun vəfatı sevənlərini, eləcə də sənət yoldaşlarını sarsıdıb.

"Instagram" hesabında mərhumla arxiv görüntülərini paylaşan meyxanaçı, müğənni Namiq Qaraçuxurlu bunları yazıb:

"İndicə aldığım məlumata görə meyxana sənəti bir sənətkarını da itirdi. Bayaqdan əl-ayağım əsir. Arzum var idi söz xiridarlar üçün yeni dəyişmə hazırlayaq. Çox darıxmışdım onunla meyxana demək üçün. Allah sənə rəhmət eləsin. Kaş bu xəbər yalan olsun".

Qeyd edək ki, Aydın Xırdalanlı 1977-ci ildə Abşeron rayonunun Xırdalan qəsəbəsində dünyaya gəlib. 1995-2019-ci illərdə meyxana sənəti ilə məşğul olub. Aydın Xırdalanlı 2001-ci ildə ANS telekanalının təşkil etdiyi "De, gəlsin" yarışmasının qalibi olub.

Milli.Az

loading...

Şərh yaz:

10 Şərh:

  • Anonim
    Əsranur · 24 Mart 13:422716

    Xəstə vaxtında gedib oturardın rəhmətliklə qənşər-qənşərə,deyəydiniz meyxananızı.Aydın da öləndən sonra qiymətlilər siyahısına düşdü.Əl-ayağın da yəqin altdan finka geyinməmisən,ondan əsir.

    Cavab yaz
    • Anonim
      Doktor · 24 Mart 21:4263

      Sənin xalxın alt paltarı ilə nə işin? Utanmadın heç?

      Cavab yaz
      • Anonim
        Əsranur · 24 Mart 22:1642

        Mənim yenə də xalxın alt paltarıyladır işim.Sən xalxın nəyinin doktorusan ki,ona dediyim səni tutdu?

        Cavab yaz
  • Anonim
    solmaz · 24 Mart 13:58100

    Allah rəhmət eləsin.

    Cavab yaz
  • Anonim
    SEVİL · 24 Mart 14:5640

    )))))))))düzünü sən bilərsən

    Cavab yaz
    • Anonim
      Əsranur · 24 Mart 15:15125

      :))))Üşüyənə nənəm həmişə deyərdi ki-Ay balam,evdən çıxanda əynüvüzü qəlin eliyün)

      Cavab yaz
  • Anonim
    Papatya · 24 Mart 15:08132

    Sen cani hec olmasa sen danisma da. Sen deyildin meyxanaçilari pisleyen, daha demerem falan deyen. İndi deyir planim vardi. Ölü bizlerde niye birden bahalaşir bilmirem de. Allah rehmet elesin ölene. Yaxinlarina sebr insaAllah.

    Cavab yaz
  • Anonim
    Daglı · 24 Mart 15:33143

    Namiq,sən meyxanaçı deyilsən, şoumensən,özünü bunlara tay tutma, bu rəhmətlik isə ümumiyyətlə qəzəlxan idi. Allah rəhmət eləsin.

    Cavab yaz
  • Anonim
    Bakinec · 24 Mart 16:18184

    Namiq cox basib baglama mən bugün aydinin dəfnində idim. Namik məna orada idi ama sən yox idin qaracuxa.

    Cavab yaz
  • Anonim
    Romka · 25 Mart 03:2311

    Yaxshi oglan idin devninde ishtirak ederdin hec olmasa. Ora gelmemisen ama elin ayagin esir, sen olmeyeceysen. Hormetim var idi sene. Bugunden 0 dushdun, ayib olsun ozuvu goynen aparma

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.