Şou-biznes

41 ilə sığan sevinc və kədərin hekayəsi

23 Mart 2019 22:42
16 Şərh     Baxış: 7 069

Xəbər verdiyimiz kimi, Azərbaycanın məşhur meyxana ustadı Aydın Xırdalanlı 41 yaşında ağır sürən qaraciyər serrozundan dünyasını dəyişib.

Onun həyat və yaradıcılıq yolu barədə danışmaq istəyirik.

Milli.Az oxu.az-a istinadən bildirir ki,  Aydın Quliyev 1977-ci ildə Abşeronun Xırdalan şəhərində dünyaya gəlib. Doğulduğu Xırdalan şəhərinin adını təxəllüs seçərək, meyxana sənətində bu soyadla məşhurlaşıb.

Onun sənət yolu 1995-ci ildən başlayır. Aydın 2001-ci ildə ANS telekanalında reytinqləri alt-üst edən "De, gəlsin" yarışmasının qalibi olub.

Aydın Xırdalanlının bu müsabiqədə iştirakı tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.

Aydının sözügedən müsabiqədə səsləndirdiyi "Vətən işğalı", el arasında "Qarabağ" kimi tanınan meyxanası  dillər əzbərinə çevrilib.

Bu yarışma Aydın Xırdalanlının karyerasında böyük tramplin rolunu oynayıb.

Alkoqol və narkotikdən asılı vəziyyətə düşən Aydın sağlamlığı ilə bağlı ciddı problemlərlə üzləşib.

2012-ci ilin mart ayında meyxanaçı sərxoş halda idarə etdiyi "Nissan-Murano" markalı avtomobillə Xətai rayonu ərazisində, AMAY Ticarət Mərkəzinin qarşısında qəza törətmişdi.

Meyxanaçı hadisə yerində olan vətəndaşların köməyi ilə avtomobildən çıxarılaraq, Xətai rayon Polis İdarəsinin 37-ci polis bölməsinə aparılmışdı.

2017-ci ildə meyxanaçının sosial şəbəkədə yayılan  şok fotosu isə izləyiciləri kədərə boğub. Köhnə Aydından əsər-əlamət belə qalmamışdı. Həddən artıq arıqlamış və dişləri tökülmüşdü.

Aydın Xırdalanlı yayılmış fotosuna belə bir aydınlıq gətirmişdi.

"İnsanların gözü məni kök görməyə öyrəşib. Həmişə kök görüblər məni, indi bir az arıqlamışam. Kök olanda ürəyim sıxılırdı. Əslində heç köklük də deyildi. Pivə içirdim, şişirdirdi məni. İndi pivə içmirəm, normal vəziyyətə düşürəm.

Dişlərimi düzəltdirirəm. İştaham da yoxdur. Yaxşı yemək yeyə bilmirəm. Əslində o qədər də arıq deyiləm. Qarnım da var. Şükürlər olsun ki, heç bir xəstəliyim də yoxdur. Hər şey qaydasındadır".

2018-ci ildə özəl xəstəxanaların birinə aparılan Aydın Xırdalanlıda müayinə zamanı qaraciyər serrozu aşkarlanıb.

Aydın müsahibələrinim birində bunları vurğulayıb.

"Gənclərə bir tövsiyəm var ki, nəinki narkotik, hətta spirtli içkidən, siqaretdən də uzaq olsunlar".

Meyxana ustası Aydın Xırdalanlının yazıb ərsəyə gətirdiyi "Sonra gələrsən yanıma", "Sən məni hər cürə aldatdın", "Əvvəl ki kimi", "Məhəbbətini canımda gizlətmişəm", "Bəndəliyin şərti itaətdir" kimi məşhur meyxanalar onu hər zaman sevənlərinin qəlbində yaşadacaq.

Allah Rəhmət eləsin !

Milli.Az

loading...

Şərh yaz:

16 Şərh:

  • Anonim
    Gerib · 23 Mart 22:47130

    Allah rehmet etsin esl senetkear ......

    Cavab yaz
  • Anonim
    Roya · 23 Mart 22:49130

    Allah rehmet elesin,günahlarını bağışlasın.

    Cavab yaz
  • Anonim
    Ruhiyye.B · 23 Mart 22:51100

    ALLAH REHMET ELESIN,YAXWI SENETKAR IDI

    Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 23 Mart 22:51130

    ANS de dehset maraqla izlenilirdi Aydın meyxanani dehset içdən deyirdi xiriltili sesi lap sirinlik verirdi meyxanaya Allah rehmet elesin Sekle baxanda adam pis olur.

    Cavab yaz
  • Anonim
    Platin · 23 Mart 22:57120

    "Bizə Peyğəmbərimiz söylədi qeyrətli olun, Qoruyun torpağı sərvətdə səxavətli olun. Kişilər,səhv salırıq biz bunu diqqətli olun, Sərvəti qoruyuruq torpağı qurban veririk" Allah rəhmət eləsin

    Cavab yaz
  • Anonim
    ƏSİ. · 23 Mart 22:5735

    Başqa bir saytda yalan olduğu yazılmışdı,zarafatıymış guya:(((.

    Cavab yaz
  • Anonim
    Platin · 23 Mart 22:59190

    İnsanın əvvəli torpaq, sonu torpaqdı fəqət, Gövhəri nuru olarsa,donu torpaqdı fəqət. Sonda ağuşa alan da onu torpaqdı fəqət, Yaranıb torpağın üstündə həmi can veririk... (Özü demişkən...)

    Cavab yaz
    • Anonim
      Esra Ibrahimli(Samaxi) · 23 Mart 23:0650

      Ne gözel deyib .

      Cavab yaz
    • Anonim
      Daglı · 23 Mart 23:4470

      Əhsən sizə. Lap sözün hökmdarı Fizuli beytlərinə oxşayır yazdıqları. Allah şairə də rəhmət eləsin

      Cavab yaz
  • Anonim
    Nurlana · 23 Mart 23:0160

    Allah rehmet elesin. Cox pis oldum.

    Cavab yaz
    • Anonim
      $$$. · 23 Mart 23:1780

      Allah gunahlarını baqışlasın ! Allah rəhmət etsin !

      Cavab yaz
  • Anonim
    Mehri · 24 Mart 02:0910

    Allah rehmet elesin ey insan ayil pislikden uzaqdur birde deyim ki merd ogul idi hindi yoxdur bu gunden defteri baglandi allah seni rehmet elesin qardas yerin cennet ruhun sad olsun birde bir söz sorusum aileli usaqi varidimi

    Cavab yaz
  • Anonim
    Ferrux · 24 Mart 11:3220

    Insan qeherinden bogulur.Yalniz rehmet dilemekden basqa elimizden hecne gelmir.bu cavan senetcilerden iki neferin olumu mene en cox tesir eledi.Biri Huseyn D.birideki Aydin..Allah rehmet elesin.

    Cavab yaz
  • Anonim
    Azad · 24 Mart 13:4110

    Alah rəhmət etsin

    Cavab yaz
  • Anonim
    Dünya.A · 24 Mart 20:3610

    Allah rəhmət eləsin.Cavanları içkidən narkotikdən siqaretdən uzaq eləsin.Yazıq Aydının ölən vaxtı deyildi.Narkotik Dəryanı Anarı bu da Aydın məhv elədi

    Cavab yaz
  • Anonim
    as · 24 Mart 23:2100

    Allah rehmet elesin. xurdalan öz böyük söz ustadını itirdi. hele bunnan bele Aydının yeri çox bilinecek.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.