Şou-biznes

Azadlıqda olan Kamil: “10 gün nədir ki?”

22 Mart 2019 09:09
39 Şərh     Baxış: 3 895
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İdmançı Kamil Zeynallı azadlığa çıxıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə idmançı özü sosial şəbəkədə video paylaşaraq məlumat verib:

"Çox şükür, hər şey yaxşıdır. Bu gün saat 17:00-da məni buraxdılar. Hamıdan razıyam. Səhvimiz var idi, cəzamızı çəkdik, gəldik. 10 gün nədir ki? Camaat illərlə həbs yatır. Allah içəridə olan hər kəsin qapısını açsın. Dövlətimizdən, hər kəsdən razıyam. Başda rəisimiz Ramin müəllim olmaqla, bütün işçilərdən çox razıyam. Hamıyla necə davranırdılarsa, mənimlə də o cür davranırdılar. İnsan getdiyi yerdə özünü necə aparırsa, onunla o cür də rəftar edirlər. Hamıya təşəkkürümü bildirirəm".

Xatırladaq ki, Kamil  Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 10 sutka inzibati həbs cəzası almışdı.

İdmançının həbs edilməsinə səbəb Heydər Əliyev Mərkəzinin yaxınlığında telefonla danışarkən ətrafdakılara söyüş söyməsidir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.