Şou-biznes

“Mənfi rəylərə fikir vermirəm”

16 Mart 2019 17:12
1 Şərh     Baxış: 1 248
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xoşbəxt olmayan, problemi olan insanlar var, neqativi başqalarına ötürmək istəyirlər. Mən isə mənfi rəylərə fikir vermirəm.

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri İTV-də "Dikdaban" proqramının qonağı olan "Eurovision 2019" təmsilçimiz Çingiz Mustafayev deyib.

Müğənni "Truth" mahnısına və klipinə gələn rəylərdən danışaraq, həmvətənlərimizdən dəstək istəyib:

"Vətən oğlu kimi demək istəyirəm ki, dəstəyinizə ehtiyacım var. Dua etsələr, pozitiv enerjisini göndərsələr, mənə dəstək olarlar. Uğursuzluğumuzu istəyənlər çoxdur. Bir olaq, pozitiv olaq".

Qeyd edək ki, ifaçı Təl-Əvivin "Ekspo" Mərkəzində keçiriləcək müsabiqədə 16 mayda keçiriləcək ikinci yarımfınalın ikinci hissəsində səhnəyə çıxacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.