Şou-biznes

“Top Model Azerbaijan 2019” layihəsi keçiriləcək - FOTO

16 Mart 2019 18:10
Baxış: 1 347
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

18 mart 14:00-da "1033Baku Event Hall" da "Top Model Azerbaijan 2019" layihəsi baş tutacaqdır. Tədbirdə bir çox geyim, ayaqqabı, müxtəlif əl işi olan milli markalar, eyni  zamanda xarici brendlərin "Top Model Azerbaijan" layihəsinin iştrakcıları tərərfindən podyumda təqdimatı baş tutacaq.

"Top Model Azerbaijan" layihəsinin təsisçisi və direktoru tanınmış aparıcı Novruz İsmayil layihə haqqında ətraflı məlumatı bizimlə bölüşdü. İşində peşakar olan Rüstəm Cabrailov, İlqar Əliyev, Elxan Huseyn, Parviz Əliyev, Rüstəm Hacıyev və s kimi tanınmış kişi modelləridə podyumda ayaqqabı və geyim brendinin təqdimatını həyata keçirəcəklər. Tanınmış xanım modellər, internet fenomenləri, aparıcı və aktrislardan ibarət maraqlı və surpriz dolu şouda təqdimatda gözlənilir.

Tədbirə tanınmış dizaynerlər, modelər, ifaçılar, stlistlər, fotoqraflar, bir çox incəsənət adamları və bir çox iş adamları dəvət olunmuşdur. Tədbirdə "Top Model Azerbaijan" layihəsi çərcivəsində işində
peşakarlığı ilə fərqlənən şəxslərə "Professional Awards" mükafatları təqdim olunacaqdır. 

Novruz İsmayil tezliklə baş tutacaq növbəti layihəsi haqqındada qısa anons edib: "Növbəti layihə çox geniş büdcəli "Brand Week Azerbaijan" fashion şousudur və bir həftə davam edəcək. Bir çox hazırlıqları artıq başlatmışıq Məqsədimiz ilk gündən dünya standartlarına uyğun yeni simalardan ibarət model seçimlərini həyata keçirmək, yerli və xarici podyumlarda onların çıxışlarına vasitəçi olmaqdır. Daha bir məqsədimiz isə yerli brendlərin təqdimatı üçün peşakar fürsətlər yaratmaq və yeni brand yaratmaq istəyənlərə brendləşmədə standartlara uyğun olması üçün, peşakar dəstək verməkdir". 
"Top Model Azerbaijan 2019" -un Yanvar ayında baş tutan kastingdən görüntülər.

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az, Azernews.az
 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.