Şou-biznes

Universitetdən Afaq Aslanın geyimi ilə bağlı AÇIQLAMA - YENİLƏNİB - VİDEO

16 Mart 2019 13:38
15 Şərh     Baxış: 8 227
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

13:38

Ötən gün müğənni Afaq Aslanın Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) təşkil olunan konsertdə çıxışı müzakirələrə səbəb olub. İfaçının Novruz şənliyində tələbələrin qarşısına açıq-saçıq geyimdə çıxması narazılıqla qarşılanıb və sosial şəbəkə istifadəçiləri tərəfindən tənqid edilib. 

Milli.Az bildirir ki, qafqazinfo mövzu ilə bağlı ADNSU ilə əlaqə saxlayıb.  Universitetin ictimaiyyətlə əlaqələr və marketinq şöbəsinin rəhbəri Bəhruz Nəzərov bildirib ki, A. Aslan tələbələrin istəyi ilə tədbirə dəvət edilib: 

"Hər il universitetdə bayram şənlikləri təşkil olunur. Konsert proqramı tədbirin bir hissəsini təşkil edib. Biz bunun üçün təşkilatçı şirkətə müraciət etmişik. Həmin şirkət müəyyən müğənnilərin siyahısını hazırlayıb və Tələbə Həmkarlar Komitəsinə təqdim edib. Tədbir iki hissədən ibarət olub.  Birinci rəsmi, ikinci isə konsert.

Afaq Aslan ikinci hissədə iştirak edib. Həmin şəxsin xarici görünüşü ilə bağlı onu deyə bilərəm ki, o geyimdə televiziya və digər mətbuat orqanlarında da çıxış edib. Sənətçilərin səhnə geyimləri bir qədər fərqli olur. Afaq Aslanı universitet yox, Tələbə Həmkarlar Komitəsi və konsert təşkilatçıları konsertə dəvət edib. Onlar da tələbələrin istəyini nəzərə alaraq belə addım atıblar. Konsertdə təkcə Afaq Aslan yox, muğam və digər musiqi növünün nümayəndələri də çıxış ediblər".

----------
13:15

Müğənninin ünvanına tənqidlər, hətta təhqirlər yağdırılıb.

Müğənni Afaq Aslanın Neft və Sənaye Universitetində keçirilən bayram tədbirinə geyindiyi libas müzakirələrə səbəb olub.

Milli.Az aznews.az-a istinadla xəbər verir ki, onun qısa və dərin yırtmaclı geyimi sosial mediada tənqid hədəfi olub. Hər kəs müğənnini tələbələrin qarşısına seksual geyimdə çıxmaqda ittiham edib.

Müğənninin ünvanına tənqidlər, hətta təhqirlər yağdırılıb.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Afaq Aslan tələbələrin qarşısına biabırçı geyimdə çıxdı

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.