Şou-biznes

Hüseyn Dəryanın qızı nə istəyir?

15 Mart 2019 17:34
22 Şərh     Baxış: 3 599

Fevralın 20-si mərhum reper Hüseyn Dəryanın birinci evliliyindən olan qızı Ayşə "Bizimləsən" proqramına müraciət etmişdi.

Səbəbi ziyarətinin məğzi isə ondan ibarət idi ki, Ayşə Dəryanın Sona İbadovadan olan evliliyindən dünyaya gələn Cahangirin onun qardaşı olmasına inanmaması idi. Buna görə də o, qohumluğun DNT analizi ilə sübut olunmasını istəyirdi. Ayşə hələ də məqsədinə doğru can atır.

16-17 yaşlarında səlist və yaşından iki dəfə böyük danışıq tərzi ilə tamaşaçıların əlini üzündə qoyan Ayşə bildirir ki, Cahangir onun qardaşı deyil. İddia edir ki, Sona onları aldadır. O, hətta bildirib ki, reper sağlığında dəfələrlə Ayşəyə Cahangirin onun qardaşı olmadığını söyləyib. Amma nədənsə, biz Hüseyn Dəryanın oğlu ilə olan kadrlarına baxdığımız zaman bu videolarda heç bir ögey münasibət sezməyib, əksinə, fəxarət və səmimi hisslər görmüşük.

Üstəlik, onun çıxıb DNT analizi tələb etməsi isə absurd haldır. Ona görə ki, ortada heç bir miras yoxdur. Əgər Dəryadan dəryaları dolduracaq zinət əşyaları, cah-cəlallı villalar, auksionda alınmış sənət əsərləri qalsaydı, haradasa Ayşəyə haqq vermək olardı. Deyərdik ki, bütün şou çıxılmaz vəziyyətdə qalmış bir qızcığazın öz haqqını tələb etmək uğrunda mücadiləsidir.

İkinci absurdluq isə ondan ibarətdir ki, Sonanın da dediyi kimi, ondan bunu yalnız Hüseyn Dərya tələb edə bilər. Heç efirdə çıxıb, Cahangirin onların qardaşı oğlu olmadığını iddia edən bibisinin də buna haqqı yoxdur.

Sona isə bütün bunların fonunda cəmi bir dəfə açıqlama verdi və DNT analizindən boyun qaçırdı. Halbuki qarşı tərəfin haqsız olduğunu sübut etmək istəyən insan bu analizi verib, saqqız kimi uzanan məsələni yoluna qoya bilərdi. Bəlkə də "qadınlıq qüruruna sığışdırmır" deyəcəksiniz, ancaq hər gün efirdə riyakar kimi büruzə verilməyin qarşısını yalnız bu cür alardı. Həm də yada salsaq ki, Sona özü də mediadan qaçan insan deyil, dəfələrlə verilişlərdə qonaq olub. Amma etmədi, icazə verdi ki, Ayşə onu atasının ruhuna hörmətsizlik etməkdə günahlandırsın. 

Bu məqamda isə Ayşə unudub ki, Dəryanın ruhuna hörmətsizlik Sonanın DNT analizi verməməsi yox, onun çıxıb efirdə atasını aldadılmış, yaxud ata olma funksiyasını itirmiş kimi təqdim etməsidir.

Ayşə onu da unudub ki, atasının ölümündən beş il keçir və illər sonra içindəki eqonu təmin edib, Cahangirin onun qardaşı olmamasını sübut etməyə çalışması reperin ruhuna hörmətsizlikdir.

Özünə qardaş, arxa-dayaq istəyən kəs, mənəvi və ya bioloji fərq etmir, atasının "oğlum" deyə xitab etdiyi şəxsə, qayğı göstərməli, onu başqalarından qorumalıdır. Efirə çıxıb, anasını əxlaqsız kimi təqdim edib, onu digərlərinin gözündə alçaltmağa çalışmamalıdır.

Güman ki, Ayşə özünə qardaş yox, şou axtarır. Əks halda, bunu gizli şəkildə də həll edə bildiyi halda, ictimailəşdirməməli idi. Görünür, o, Cahangirə olan diqqət və qayğını, az yaşına rəğmən məşhur olmasını qəbul edə bilməyib və içindəki hissləri belə büruzə verib.

Bütün bunlardan sonra Ayşənin yadına "Sirkə nə qədər tünd olsa, öz qabını çatladar" atalar sözlərini salmaq istəyirəm. Cahangir onun qardaşı olsa da, olmasa da, Ayşə özünə qardaş qazanmayacaq. Çünki hər iki halda, Cahangiri itirdi. Bəlkə də haqlı olsa da, özünü haqsız vəziyyətə saldı və eyni zamanda insanların gözündə də xüsusi bir imic formalaşdırdı.

Dəryanın qızı "dil-dil ötməli", kimisə yanlış addımlarında ittiham etməli deyil, öz qardaşı olmadığı halda belə, Cahangiri bağrına basmalı idi.

DNT analizi ilə sübut etməyin fərqi yoxdur, bax, o zaman, həqiqətən də insanlar onun haqda "Ayşə Hüseyn Dəryanın qızıdır" ifadəsini işlədəcəkdi...

Bütün bunlardan belə bir nəticəyə gəlirik ki, Hüseynin rahatlığını istəyən hər iki xanım, ölmüş bir insanın məşhurluğundan istifadə edərək, gündəmdə qalmağa çalışır. (Axşam.az)

Milli.Az

loading...

Şərh yaz:

22 Şərh:

  • Anonim
    m.n · 15 Mart 17:44122

    Her iki terefin utanan sifeti yoxdu onlar ucun ferq etmez teki zaurnan xosqedemin vrrlisinde olsunlar

    Cavab yaz
  • Anonim
    asi · 15 Mart 17:52234

    Məqaləni oxumadan başlığa uyğun bir kəlimə: Canına azar istəyir!!...

    Cavab yaz
    • Anonim
      Daglı · 15 Mart 18:10113

      Salam asi, Allah haqqı istəyirdim yazam ki, ,, canına dərd istəyir". Açdım gördüm sən artıq yazmısan)

      Cavab yaz
      • Anonim
        asi · 15 Mart 18:4493

        Salam..Başlığı oxuyub bizim kimi fikirləşən çox insan var, əminəm..Amma mən biraz cəld tərpənib, qabaqladım yazmaq istəyənləri )..

        Cavab yaz
      • Anonim
        @@@ · 15 Mart 19:4154

        Daglı, Asi azar yazıb, sən dərd. Ayrı ayrı sözlərdi.))))))))))

        Cavab yaz
        • Anonim
          Daglı · 15 Mart 20:1442

          Amma sinonim sözlərdir)

          Cavab yaz
        • Anonim
          Vava · 15 Mart 21:3830

          Efire cixannan yazmisdim ki meshurlasmaq isteyir. Sohretperestdir, var dovlet sevendur. Huseyn hara, bu hara

          Cavab yaz
    • Anonim
      @@@ · 15 Mart 18:3155

      asi))))))))))))))))))))

      Cavab yaz
  • Anonim
    Seva · 15 Mart 17:56104

    Ela yazmısız halal olsun

    Cavab yaz
  • Anonim
    Y.m · 15 Mart 18:3263

    O qız məşhur olmağa gəlib indi aqlına gəlibda

    Cavab yaz
  • Anonim
    Terane · 15 Mart 18:4283

    Vallahi anlamaq cox cetindi bu xanimi.Ne isteyirsen Cahangirden.Get iwinle mewgul ol.Isteyirsen onu qardaw kimi qebul et,istemisen etme guya cox Cahangire lazimsan bundan sora.Huseyn Derya heyif senden

    Cavab yaz
  • Anonim
    vicdan · 15 Mart 18:511012

    Ayiwe heqiqeti isteyirdi,sonada bildirdi ki heqiqeten oglan Huseynden deyil ..Heqiqet budur.Ayiwe hec pis hereket etmeyib.Insanlara az psixoloji tesir edib ,heqiqeti ort basdir etmeye caliwin..Sirafiw ile yaxwi yazilib ...............Aferin Ayiwe haqq yolundan donme.Sebr ve agilina ehsen.Seni uwaq iken boyuden iztirabi faw et ve atanin ruhu teskinlik tapar.O ki qaldi video beleleri cox ola biler.O qeder uwagi ozgeden qazanib,kiwileri loxlayib, ona ovladi kimi qebul etdiren qadinlar olub ve var. Nagillar dovrani kecmiwde qaldi.

    Cavab yaz
  • Anonim
    @@@ · 15 Mart 19:5646

    ay vicdan, onda Cahangirin atasını da tapsın bu Ayşən. Qoy Cahangir bilsin ki kimdi əsl atası. Hüseyinin bu qədər agılsız olacagını heç bilməzdim ki başqasından doğulan uşaga öz familyasını versin. Böhtan atmaq çox asandır.

    Cavab yaz
  • Anonim
    Ceyran · 15 Mart 20:0941

    Ne demekdi ki bu:Derya atalig funksiyasini itirmiwdir?bunu nece bawa duwek?rehmetlik bu dunyada rahatlig tapmadi,indi o biri dunyada da goymurlar rahat

    Cavab yaz
  • Anonim
    F.S.D. · 15 Mart 20:4843

    Nə istədiyini yazdılar məndə başlığı oxuyanda ani olaraq elə düşündüm)). Dəryaya 3 dəfə yazığım gəldi((( dünyasını dəyişməsinə, atasına hörmət qoymayan qızına görə, belə qızın anası ilə evlənməsinə((( məqaləni bəyəndim.

    Cavab yaz
    • Anonim
      @@@ · 15 Mart 21:0167

      Sonanın görən hansı günahına görə Allah onu cəzalandırıb, belə qorxulu insanlarla qabaq-qabağa qoyub? Allah Sonaya səbr versin.

      Cavab yaz
  • Anonim
    @@@ · 15 Mart 20:5878

    Dəhşətə gəlirəmki bu qədərdə dinsiz, imansız insanlar olarmı? Bilmədən, tanımadan hansısa qadının namusuna şübhə etmək hansı insanlığa sıgır? Adam heç gördüyünü deməz, heç pisə də pis demək olmaz. Allahdan qorxmaq laızmdır. Allah özü hər şeyi görən və biləndir. Bu Ayşən cavan qızdır, ancaq gördüyü iş şeytani əməldir. Allaha xoş getməyən işdir kimisə ləkələmək. Sonanın adını bədnam etmək istəyir, ancaq atdığı çamur gəlib özünə və rəhmətlik atasına dəyir. Sonanı ailədagıdan kimi qələmə vermək istəyirlər, ancaq görünən odurki ən böyük ailə dağıdan elə bu Ayşən və onun arxasında duranlardı. Allah belələrinin şərindən qorusun.

    Cavab yaz
  • Anonim
    Kamilla · 15 Mart 22:2670

    Ay balam...yad usaga niye qardasim deyim ki men????? Sen deyersen????

    Cavab yaz
  • Anonim
    @@@ya · 15 Mart 23:2096

    Sen az özunu burda düz adam kimi göster lap zəhlə tökursən xəbərin yox özünnən

    Cavab yaz
    • Anonim
      @@@ · 15 Mart 23:35513

      Sənin zəhləni tökməyi bacardımsa bu çox gözəl oldu. Deməli sənin zəhləni burda bircə mən tökdüm? Digər şərhçiləri sevdin.Hə? Sənin gözünə ən çox mən batıram nədənsə. Olsun, neynək. Mən nəsə göstərmirəm, əzizim. Mən beləyəm. Başqa sözün varsa buyur, yoxdursa gecən xeyirə.

      Cavab yaz
  • Anonim
    23' 20 ye · 16 Mart 00:4222

    size layk evezine sehven dislayk getdi ,baqislayin

    Cavab yaz
    • Anonim
      @@@ · 16 Mart 08:2302

      00-42, Sənin də zəhləni tökmüşəm? Siz hamının zəhləsini tökə bilərsiz ama. Elə?

      Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.