Şou-biznes

Demetin kimin toyuna gəldiyi məlum oldu - Toy sahibi danışdı

15 Mart 2019 17:06
3 Şərh     Baxış: 2 941

Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl Türkiyənin məşhur müğənnisi Demet Akalın Bakıya sünnət toyuna gəlmişdi. 

Daha sonra bəzi media orqanlarında Bakının ən məşhur restoranlarının birində baş tutan məclis sahibinin "Azərbaycan Dəmir Yolları"nın sədri Cavid Qurbanovun qardaşı olması ilə bağlı məlumatlar yayımlanmışdı və Demetin Azərbaycana 120 min dollar qonorar qarşılığında gəldiyi iddia edilmişdi.

Milli.Az xəbər verir ki, 20 ildən artıq Türkiyədə yaşayan və işləyən iş adamı Vəfadar Həsənov "Qafqazinfo ilə əlaqə saxlayaraq yayılan məlumatlara aydınlıq gətirib. O qeyd edib ki, həmin toyun sahibi özüdür və Demet Akalınla uzun illərdir ki, ailəvi dostdurlar:

"Demet xanım özü hədiyyə olaraq oğlumun kiçik toy məclisinə qatılmağı və orada qonaq qismində iştirak etməyi təklif edib və mən də qəbul etmişəm".

Milli.Az

loading...

Şərh yaz:

3 Şərh:

  • Anonim
    m.n · 15 Mart 17:36160

    Ve biz de inandiq..)

    Cavab yaz
    • Anonim
      Coco · 15 Mart 17:5490

      :))) day deme:)) kim kim ozde demet akalinla eee :))) ailevi dostluge ozde

      Cavab yaz
  • Anonim
    Şərhci · 15 Mart 18:4690

    Desinler ki bir elə pul tokub getirtmişik aaaa olmaz axi eyibdü camaatdan

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.