Şou-biznes

Ailəsini Ayselin dağıtdığını deyən qadın: Məni silahla hədələyir...

14 Mart 2019 20:21
16 Şərh     Baxış: 5 082

Müğənni Aysel Əlizadənin ailəsini dağıtdığını iddia edən Turanə adlı qadın yenidən "Səni axtarıram" proqramına qatılıb. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, qadın danışmaq üçün əvvəlcə qorunmasını istəyib. O, aparıcı Xoşqədəm Hidayətqızına "Təhlükəsizliyimi nəzarətə götürürsünüzsə, çox şey danışacam. Mənə hədə-qorxu gəlirlər. Mən bura övladım üçün gəlmişəm" sözlərini deyib. 

Proqramda Ayselə iş adamı Elçin Nəcəfovun bağışladığı "Porsche" markalı avtomobil nümayiş edilib. Bildirilib ki, maşının dövlət nişanında qeyd edilən "EA" Elçin və Ayselin adının baş hərfidir. 

Qadın ərinin onu silahla hədələdiyini söyləyib. O, daha sonra ailəsi müğənnilər tərəfindən dağılan qadınlara müraciət edib. 

Qeyd edək ki, Turanə 13 illik ailəsini Ayselin dağıtdığını bildirib. O, övladını məhkəməninin ona verdiyini, amma ərinin onun əlindən aldığını söyləyib:

"Aysel nömrəmi hardan bilir ki, mənə mesaj yazır? Onu 18-ci polis bölməsinə şikayət etdim. Atası məndən notariusda məcbur kağız aldı, qızımızı apardı Gürcüstana. Aysel də yanında idi. Gətirib vermirdi. Məni məcbur etdilər ki, uşağı ver". 

48 yaşlı Elçinin avtosalonları var və tikinti işi ilə məşğuldur.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

16 Şərh:

  • Anonim
    Zeris · 14 Mart 20:28330

    Bu qadına o qədər yazığım gəlir.mənəvi əziyyət çəkir. Şəxsiyyəti alçaldılır. İndi görün Necə hislər keçirir. 13 illik ailəsi dağılıb.bir tərəfdən də uşağıni istəyir. ALLAH ailə dağıdanların bəlasını versin.heç ALLAHDAN qorxmurlar. Amma vallah zaman gələcək o kişi çox peşman olacaq bu qadına yalvaracaq

    Cavab yaz
  • Anonim
    6 hiss · 14 Mart 20:30220

    Aysel nece rahatliqla o masini evi istifade edirsen bir qadinin bedbextliyi uzerinde qurulan sevginin axiri yoxdu alma mazlumun ahini cixar aheste aheste amma ne fayda sizlerde utanma hissi yoxdu

    Cavab yaz
  • Anonim
    Konul · 14 Mart 20:34230

    Allah belanizi versin aile dagidanlar.Sozum qadinlaradirki ezizlerim hec birimiz bundan sigortalanmamishiq.

    Cavab yaz
  • Anonim
    sevgi · 14 Mart 20:38140

    mehebbetin qudretinin men bele bilmemiwdim , ana??Porshe imiw,villa imiw ay sovgi daw bawina duwmesin ay sevgi

    Cavab yaz
  • Anonim
    Seva · 14 Mart 20:46140

    Deyirem Allaha qurban olum pulu var dövleti verende ele kişiye versin ki onun qeyreti namusu o puldan da var dövletden de önemli olsun ona yoxsa belesine ne pul gerek gedib qara fehle işleyerdi qazandıgı pul bir qarın çöreyine yeterdi ki bele mundar emeller etmezdi ailesine qarşı

    Cavab yaz
  • Anonim
    Samire · 14 Mart 20:5482

    Tam semimi deyirem. Allaha and olsun ki, gürcüstanlı olduqlarını bilmirdim, sadece olaraq gücüstanlıalara oxşatdım bunları. Zennimde de yanılmadım(( Bu şerhimi yazmaqda meqsedim o oldu ki, birden ele bilersiniz bunların haralı olduqlarını bilirem. Halbu ki,heç ne bilmirdim..(.

    Cavab yaz
    • Anonim
      Qaqa · 15 Mart 09:3210

      Samire boyuk is eledin. sene halal olsun yaa ((

      Cavab yaz
  • Anonim
    Tufan · 14 Mart 21:49101

    dağıdın camaatın ailəsini.İnşAllah o biri dünyada cavab verərsiz.Abırsizlar

    Cavab yaz
  • Anonim
    Esmanur♡ · 14 Mart 22:1160

    Allah belasını versin ailə dagidan "qadinlar"ın..InşAllah gec tez cezanizi alacaqsız

    Cavab yaz
  • Anonim
    ??? · 14 Mart 22:3071

    Bu qızın novxanıda villası ele tez bir vaxta hazır olduki ele bil bu qız pulu özü istehsal edirmiş kimi Sen deme iş bele imiş İndi gören o evde yaşamaq olarmı Heç ondan xeyir tapmaq olarmı ?????

    Cavab yaz
    • Anonim
      22:30 · 14 Mart 23:1780

      Bir gəlin var idi dedi qardaşıma qız axtarırıq. Dedim bir ikisi var amma məsləhət deyil, qayıtdı dedi ki, necə olur olsun bircə pulları olsun. Dedim qardaşın ərə gedir yoxsa arvad alır???? Onda dedim gedib gəlin donunu qardaşın üçün seçərsən toyda geyinib camaatın içinə çıxar. Ay bacı öl səni utanmırsan qardaşının həyatını alt üst edirsən hər oyunnan çıxan gəlib onu yazıq edəcək. Hansı üzlə kişilərin içinə çıxacaq. Onda dedim fəxr edərsən yengənlə. Baş ucalığınız olacaq. Nə isə dalaşdım qovaladım dedim get qardaşın yazıqdı onu yazıq etməyin. İndi sözü nəyə gətirirəm elələri yaxşı istənilir. Namuslu qıza kasıbdı deyə heç baxanda yoxdu.

      Cavab yaz
  • Anonim
    !!!! · 14 Mart 23:2520

    Vaay bu şəkildə ayseli vusalə əlizadəyə necə oxşatdım)))

    Cavab yaz
    • Anonim
      Allahın qulu · 15 Mart 01:3411

      !!!! Nidaya. Səhv eləmirəmsə xalaqızıdılar .

      Cavab yaz
  • Anonim
    A · 15 Mart 00:5030

    !!!! Belke emiqizidilar soyadlari da eynidir.

    Cavab yaz
  • Anonim
    Seva- - - · 15 Mart 08:4530

    Men inanmiram ki bu qadina kömek eliyeceyler amma cox istiyerdim ki haqq öz yerini tutsun xanima da allah komey olsun.Bawqasinin bedbexciliyi üzerinde qurulmuw xöwbextciliyin ömrü cox olmaz...

    Cavab yaz
  • Anonim
    Aziza · 15 Mart 09:2130

    Arvadi Turanə xanim 100 dəfə ayselden gozəldi vallah.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.