Şou-biznes

Həsənağa Turabovun qızından Flora Kərimovaya cavab - "Atam anamı nişanlı ola-ola qaçırdıb"

14 Mart 2019 15:08
10 Şərh     Baxış: 4 847

Əfsanəvi xalq artisti Həsənağa Turabovun qızı Sevinc Turabova xalq artisti Flora Kərimovaya cavab verib.

Sənətkarın qızı "ölkə.az"ın əməkdaşı ilə söhbətində bildirib ki, atasının Flora Kərimovanın Həsənağa Turabovun onu sevməsi barədə dedikləri həqiqəti əks etdirmir:

"Atamın Flora Kərimovanı sevməsi ilə bağlı yaxın vaxtlara qədər nə mən, nə də ailəmiz eşitməyib. Atamla anam bir məktəbdə oxuyublar. Atam anamı sevib. İkincisi, Flora xanıma böyük hörmətim var, biz onun mahnıları ilə böyümüşük. Anam da ona hörmətlə yanaşır. İnanmaram ki, belə bir söhbət olub. Bütün qohumlar bilirdi ki, babam anamı atama vermək istəməyib, atam da anamı qaçırdıb. Anamla atam nişanlı olublar. Sonradan babam deyib ki, bakılıya qız vermirəm. Anam əslən Şuşadandır. Anamı qaçırandan sonra özlərinə "komsomol toyu" ediblər". 

Qeyd edək ki, Flora Kərimova ARB TV-də yayımlanan "Hüseynova bacıları" verilişində H.Turabovun onu sevdiyini, hətta evlənmək istədiyini bildirib.

Milli.Az

loading...

Şərh yaz:

10 Şərh:

  • Anonim
    kohne adam · 14 Mart 15:22180

    Belke sevib,belke de hec ele bir sey olmayib.H,Turabov da,F.Kerimova da hami terefinden sevilen insanlardir.Indi bu soz sohbetlerin hec yeri deyil axi? Bu H,Turabovun ruhuna hormetsizlikdir,ailesine,usaqina hormetsizlikdir...

    Cavab yaz
    • Anonim
      Səba · 14 Mart 16:3680

      Həsən Turabov da, Flora Kərimova da mənim ən sevdiyim sənətkarlardır. Amma bu səfeh söhbətin yeri deyildi. Təəssüf edirəm ki, bu barədə Flora xanım özü danışdı. Amma heç düz eləmədi. Çünki Həsən müəllim rəhmətə gedib, həm də lap ola bilsin ki, vaxtilə nəsə aralarında olub, indi bunu açıb-ağartmağın heç yeri yox idi. Həsən müəllimin qızı çox xanım-xatın cavab verib. Allah Həsən müəllimə rəhmət etsin. Flora xanım isə, çox təəssüf edirəm ki, şou-biznesin iyrınc qalmaqallarına alət olub. Acınacaqlı o haldır ki, bir çox sənətkarlamız yaşlaşandan sonra bütün ömürləri boyu qazandıqları hörməti yersiz bir "açıqlamaya" qurban verirlər.

      Cavab yaz
  • Anonim
    Çiçək · 14 Mart 16:00150

    Həsənağa Turabov şox sevdiyim aktyor idi. ALLAH ona rəhmət eləsin, nur içində yatsın. Flora Kərimova ən sevdiyim müğənnidir. İnciməyin, Flora x., deyəsən yaş özünü göstərməyə başlayıb.

    Cavab yaz
    • Anonim
      $$$. · 14 Mart 16:1633

      İlhamə xanım demiş : Yaşın nə fərqi var ki ?

      Cavab yaz
  • Anonim
    Ömer · 14 Mart 16:45130

    Başa düşe bilmirem,Flora xanimin övladlari nece göz yumur analarinin bele yüngüllük etmeyine?

    Cavab yaz
    • Anonim
      kate · 14 Mart 17:0530

      Öyrəşiblər

      Cavab yaz
  • Anonim
    ana · 14 Mart 16:5790

    Bu xanimin boyuk seneti var Amma axir vaxtlar ozunu uwaq kimi aparir Yawlawib belke ona gore Hesen Turabovada Allah rehmet etsin Onda qadin heyasi var idi Inanmiram Florani sevsin Ne qeder kinolarda uzugulerdise bir o qeder xasiyyeti agir insan idi Flora xanimida butun Azerbaycan taniyir

    Cavab yaz
  • Anonim
    Dutdulu dunya · 14 Mart 17:0290

    Men usaqiken bunun sesine bayilirdim. Sonra aglim artdiqca, bunun hansi seviyyede oldugunu derk edende sehv etdiyimi anladim. Insan gerek oz seviyyesini saxlaya bilsin. Bunlar sennetkar deyil, senetkar hem seneti, hem de sexsiyyeti ile xalqa ornek olmalidir. Cox sey yazaram amma verilmeyecek. H.Turabov esl senetkar idi. Sozlerim bogazimda qalir yaza bilmirem. Indiki dovrde senetkar yoxdur. Senetkar sozu esl senetkarlarin olumu ile bitdi. BIT DI... Indikilere baxmaq izlemek insanin oz sexsiyyetine TEHQIRDIR.

    Cavab yaz
  • Anonim
    @@@ · 14 Mart 17:0740

    Kişilər evlənənə kimi o qədər qız sevirlərki, sevdikləri qızın hamısını alası deyillər hər halda. Qız da elə qətiyyətlə danışırki elə bil atasının həyatını əzbər bilir. Bəlkədə subay vaxtı, gənc yaşlarında sevib, ancaq heç kimə deməyib. Kiminsə ürəyini heç kim biləmməz. Turabov əvəzedilməz aktyorumuz olub. Belə boş söhbətlər nəyə lazımdı axı.

    Cavab yaz
  • Anonim
    Daglı · 14 Mart 18:2150

    Həsən Turabov kimi bir Kişinin adına və xarakterinə xələl gətirən açıqlama. Həsən Turabovu tanıyanlar çox gözəl bilir ki, belə bir şey heç vaxt ola bilməzdi.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.